Bu gün azərbaycanlı futbol məşqçisi Böyükağa Hacıyev Keşlə qəbiristanlığında dəfn olunub
Mərhumun dəfn mərasiminə AFFA-nın Məşqçilər Komitəsinin üzvləri, “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov, “Neftçi”nin vitse-prezidenti Zaur Axundov, “Neftçi”nin futbolçusu Rəşad Sadiqov, “Neftçi”nin sabiq futbolçusu, hazırda “Sumqayıt”da çıxış edən Rail Məlikov, “Neftçi”nin sabiq prezidenti, hazırda Cüdo Federasiyasının vitse-prezidenti olan Sadıq Sadıqov, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və başqa şəxslər qatılıb.
Qeyd edək ki, “Neftçi” 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirak edən ilk komandamız kimi tarixə düşüb. Böyükağa Hacıyev məhz həmin vaxt Bakı komandasının baş məşqçisi olub.
Allah rəhmət eləsin!
pia.az