Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Böyük və Kiçik Qafqazın ərazisindən axan çayların səviyyəsi artıb - Siyahı

“Aprelin 15-i gündüzdən aprelin 16-sı səhərədək Böyük Qafqaza - Balakən, Zaqatala rayonlarının ərazisinə düşən leysan yağışlarının nəticəsində ərazidən axan Mazımçay, Talaçay və Balakənçay çaylarında suyun səviyyəsində kəskin artım qeydə alınıb. Hətta qısamüddətli daşqın müşahidə olunub”


Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, yağışlar nəticəsində Qanıx çayında suyun səviyyəsi kəskin artıb: “Qanıx çayında gün ərzində 82 santimetr artım müşahidə edilib”.
 
Baş hidroloq qeyd edib ki, atmosfer yağıntıları nəticəsində Kiçik Qafqazın ərazisindən axan – Kürəkçay, Zəyəmçay və Gəncəçay çaylarında da suyun səviyyəsində 5-6 sm artım baş verib.(APA)

pia.az
Etiket:
loading...