Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük şirkətlərin nəhəng saxtakarlığı



Mirmehdi AĞAOĞLU yazır


2001-ci ildə Kaliforniya ştatının Livermur şəhərinin sakinləri qəribə bir yubiley keçiriliblər: Bir lampanın 100 yaşını.

Ötən əsrin yetmişinci illərində yanğınsöndürmə məntəqəsinin işçiləri müəyyən ediblər ki, idarənin tavanından asılmış qəribə quruluşlu elektrik lampası neçə illərdi dəyişdirilmir. Bu qəribə tapıntıya baxış keçirən mütəxəssislər müəyyən ediblər ki, lampa 1901-ci ildən patrona taxılıb və bu günə qədər də işləyir.

2001-ci ildə də isə şəhərin sakinləri yəqin bir az da bekarçılıqdan bu lampanın 100 yaşını keçirmək qərarına gəliblər. Onların bu addımı bizə qəribə görünə bilər. Amma özünüz fikirləşin: 100 yaşında lampa olar? Evdə-işdə elektrikə qoşduğumuz lampalar iki-üç ay işləyir, ya işləmir. Belə olan təqdirdə 100 yaşında lampanın ad günü keçirərsən də...

Gəlin tarixə kiçik bir ekskurs edək!

1924-cü ildə Cenevrədə Feb adında kartel yaranır. Karteli yaradan nəhəng elektrik şirkətləri idi. Onu yaratmaqda məqsəd dünyada lampa istehsalını nəzarətə götürməkdi. O vaxta qədər lampanın istifadə müddəti 2400 saat olduğu halda Feb bu müddəti 1000 saata salır.


Bundan sonra kartelin nəzarətində olan heç bir yerdə istehsal olunan lampaların istifadə müddəti 1000 saatı keçməyəcəkdi. Kartel bu qaydalara əməl etməyən şirkətləri müxtəlif yollarla cəzalandıracaqdı. Deyilənə görə, həmin gizli kartel indi də müxtəlif adlarla mövcuddur.

O vaxta qədər istehsalçılar məhsulun uzunmüddətli olmasına çalışdıqlarına görə ən keyfiyyətli xammaldan istifadə edirdilər. Febin isə məqsədi istehlakçılara keyfiyyətli məhsul yox, daha çox məhsul satmaq olur. Bu səbəbdən də müxtəlif yollarla məhsulların istifadə müddətini azaltmağa çalışırlar.

1940-cı illərdə kimya sahəsində nəhəng şirkət olan Dupond inqilabi kəşfə imza atır. Şirkətin kimyaçıları olduqca möhkəm material olan neylonu yaradırlar. Neylondan hazırlanan ilk qadın corabları möhkəm olduğuna görə ona tələbat da yüksək olur. Lakin marketoloqlar hesablayırlar ki, corabların istifadə müddəti uzandığına görə tezliklə alıcılıq azalacaq. Bundan sonra Dupon şirkəti öz kimyaçılarına təcili göstəriş verir ki, neylonun kimyəvi tərkibini dəyişərək istifadə müddətini azaltsınlar.

Əlinizdəki ipadlara, planşetlərə diqqət edin. Batareyalarını dəyişmək olmur. Nədən? Çünki onları istehsal edən şirkətlərə bu sərf etmir. Belə çıxır batareyanın istifadə müddəti bitdikdən sonra planşet yararsız hala düşəcək, yenisini almalı olacağıq.

Bir dəfə planşetimin proqram təminatı xarab olmuşdu. Nə yenilənir, nə bir yerə daxil olmaq olur, nə də söndürmək olurdu. Ekran donmuşdu. Planşetin arxasını açmaq qərarına gəldim ki, batareyanı çıxarıb təzədən salım, bəlkə onda düzələ. Nə illah elədimsə qapaq açılmadı. Axırda bıçaq-atverka ilə güc-bəla planşetin arxasını açdım. Nə görsəm yaxşdıı? Batareya korpusa pərçimlənib. Dəyişmək mümkün deyil. Belə çıxır ki, batareya köhnələndə planşeti də atmalıyam. Çünki batareyanı dəyişmək planşetdən baha başa gələcək, həm də həmin vaxta artıq yeni model çıxacaq, bu modeli işlətmək səmərəsiz olacaq.


Bir də Sovet dövrünü xatırlayın. Axtarsan hamının evində Sovet dövründə istehsal olunmuş məhsullar var. Hələ də işləyir. Ümumiyyətlə Sovet dövründə məhsullar daha dözümlü idi. Dəfələrlə təmir edib işlətmək olurdu. Bunu hamı etiraf edir.


Bu fikirdə həqiqət var. Çünki Sovet dövründə iqtisadiyyatın dövlət tənzimlənməsi vardı. Dövlət istehlakçıların pullarını mənimsəməkdə maraqlı deyildi. Ona keyfiyyətli məhsullar istehsal etmək sərfəli idi.


Kapitalistlərin bu mənfəətpərəst müqavilələri elə bilirsiz təkcə lampa sahəsindəmi bağlanıb? Xeyr! XX əsrin ortalarından başlayırıq iqtisadiyyatın bütün sahələrində bu cür sazişlər bağlanıb, istehsal olunan məhsulların istifadə müddətləri azaldılıb. Hazırda bu yazını oxuduğunuz kompüterləriniz də, telefonlarınız da, planşetləriniz də bu müqavilələrin qurbanıdır. İnanmırsız?


Onda rejissor Kosima Dannoriserin 2010-cu ildə çəkdiyi “Lampa sazişi və ya almaq, atmaq, almaq” (The light bulb conspiracy) filminə baxın. (kulis.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimində iştirak edib - Fotolar

Rəsulzadənin portretini çəkdiyinə görə ölümə məhkum edilən azərbaycanlı rəssam

Mirmehdi Ağaoğlunun “İmamın şəkli” hekayəsi

Avtobusdakı davanın gizlinləri: Pozitiv diskriminasiya

"Ermənistan Türkiyə-Azərbaycan birgə hərbi təlimlərdən ciddi narahatdır"

Ən çox oxunanalar