Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Böyük böhranın kiçik şilləsi


Çox pis oldu. Manatın ucuzlaşması cibində pul kisəsi, banklarda hesabı, bankomatlardan alacağı, post-terminallara verəcəyi olan hər kəsə ziyan etdi.


Manatın təxminən 10 illik hökmranlığı zədələndi. Daş yerindən oynadı, indi o yeni yerində dura da bilər, yuvarlana da bilər. 

Əlbəttə, funt-sterlinq, avro, dollar kimi möhkəm valyutalar istisna olmaqla, istənilən ölkənin milli valyutası zaman-zaman bu sayaq sarsılmalara məruz qalır və o ölkələrin insanları buna uyğunlaşaraq yaşayırlar. Yetər ki, milli valyutanın məzənnəsi mümkün qədər uzun müddət sabit qalsın.

Qorxulu olan odur ki, bu sahədə sabitlik yaranmasın. Bu prosesin sonrasını iqtisadçılar, maliyyəçilər daha yaxşı izah edə bilərlər. 

Ancaq bu təkcə iqtisadi-maliyyə problemi deyil. Dünyanı sarmış son böhran əsasən siyasi səciyyəlidir. 

Gözlənilirdi ki, belə olacaq. Rusiya rublunun yüksək sürətlə dəyər itirməsi, avronun qısa müddətli olsa da ucuzlaşması göstərirdi ki, qlobal böhran Azərbaycan manatını da vura bilər. Elə də oldu: böyük böhranın kiçik şilləsi bizi də tutdu.

Dünyanın xeyli ölkəsində ya vətəndaş müharibəsi, ya da partizan müharibəsi gedir. Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan, Suriya, İraq, Əfqanıstan, İsrail, Pakistan, Nigeriya, ABŞ, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Çad və sair ölkələr bu və ya digər şəkildə müharibəyə cəlb edilmiş ölkələrdir. Hələ bu dövlətlərin qonşuları da istər-istəməz yeni müharibənin mənfi təsirinə məruz qalırlar. 

Belə bir qlobal hərbi-siyasi böhran zamanı iqtisadi böhrana məruz qalma riski böyük idi. Azərbaycan hakimiyyətinin rəsmiləri “qlobal böhranın bizə təsiri olmayacaq” deyəndə güman ki, ölkə insanlarının təşvişə düşməməsini istəyirdilər. Çünki hansı gün “rublun ucuzlaşması bizə də təsir edə bilər” desəydilər, bizdə panika, təlaş, ajiotaj elə həmin gün başlayacaqdı.
Bu 7-8 il öncəki iqtisadi böhranın eynisi deyildi. 

O vaxtkı böhran neftin dünya bazarında qiymətinin artması fonunda baş verirdisə, indi tərsinədir. Neft ölkəsi olaraq, barrelini 50 dollara satmağı düşündüyümüz neft bazarda ikiqat artıq qiymətə gedirdisə, bu, əlbəttə, bizə təsir etməyəcəkdi. 20 milyard əvəzinə 40 milyard qazanmağın nə ziyanı ola bilərdi?

Ancaq indi hər şey əksinə gedir. Neftin bahalaşması hesabına əlavə milyardlar qazanan ölkələrin hamısında böhran yaranıb. Demək, Azərbaycan kənarda qala bilməyəcəkdi. 
Budur, dünənə qədər alıcılıq qabiliyyətinin yüksək olmasıyla ilə öyündüyümüz manatın dəyəri təxminən dollar qədər olub və milyonlarla insan ziyana düşüb – biri beş manat, biri beş milyon manat.

Həmişə olduğu kimi, bu sarsıntının əsas zərbə dalğası orta və kasıb təbəqəni vurur. Sərəncamında milyonlar olan varlı təbəqənin valyuta ehtiyatı onsuz da avro, funt-sterlinq, dollarla saxlanılır. Bundan başqa, onlar belə günlər üçün sayı-hesabı olmayan daşınmaz əmlaklara sahibdirlər. Gecə vaxtı şəhərin yaşayış məntəqələrində kütləvi şəkildə işığı yanmayan minlərlə ev, villa görmək olur və onlar məhz imkanlı təbəqənin alıb dar gün üçün saxladığı daşınmaz əmlaklardır. Elə adam var ki, paytaxtın ən bahalı nahiyələrində 50 evi var. Daşınmaz əmlak isə hər zaman qiymətlidir, o inflyasiyaya məruz qalmır, dəyər itirmir, əksinə, zaman keçdikcə bahalışır. 

Onarla müqayisədə ümidini ayın sonunda alacağı maaşa, təqaüdə bağlayan şəxslər dünən aldıqları pulun əvəzinə 35 faiz dəyər itirmiş manatları alanda təbii ki, sıxıntı yaşayacaqlar, rifahları pisləşəcək. 

Atalar “elnən gələn qara gün toy-bayramdır” deyə bir kəlam irad ediblər.Manatın ucuzlaşması ölkə insanlarının hər birinin büdcəsinə mənfi təsir göstərdiyinə görə buna psixoloji olaraq tablaşmaq çətin deyil. Amma bu, təkcə psixoloji problem deyil, həm də yaşayış, dolanışıq problemidir. 

İçində yaşadığımız dünyada siyasi sabitlik olmayınca, mənasız müharibələr bitməyincə, heç bir ölkə uzun müddət firavan həyat sürə bilməyəcək. 

Yazar : Xalid KAZIMLI
Etiket:
loading...