Böyük Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı, 96 yaşlı hersoq Filipp xəstəxanaya yerləşdirilib
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Bukingem Sarayının mətbuat xidməti məlumat yayıb.
“Hersoq müalicə üçün Londonda Kral VII Eduard xəstəxanasına yerləşdirilib”, - məlumatda deyilir.
“Hersoq Filippin əhval-ruhiyyəsi yaxşıdır, parlamentin rəsmi açılışını və Askotda at yarışlarını buraxdığı üçün məyusdur. Kraliçanı parlamentin rəsmi açılışında Uels şahzadəsi müşayiət edəcək”, - Bukingem sarayının məlumatına bildirilir.
pia.az