Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boşanmış kişilərlə bağlı maraqlı statistika


Azərbaycanda boşanaraq yenidən ailə quran kişilərin sayı qadınlarla müqayisədə 2 dəfə çox, evlənən dul kişilərin sayı isə qadınlardan 4 dəfədən çox olub


PİA.AZ Trend-ə istinadən bildirir ki, ötən il Azərbaycanda 4502 boşanmış, 703 dul kişi, 2353 boşanmış, 168 dul qadın ailə qurub.

Boşanaraq yenidən ailə quran kişilər daha çox 30-34 yaşlılar, dul kişilər isə yaşı 60-dan çox olanlardır.

Ötən il boşanaraq yenidən ailə həyatı quran kişilərin 86-sı 18-24, 710-u 25-29, 1147-i 30-34, 915-i 35-39, 498-i 40-44, 404-ü 45-49, 514-ü 50-59, 228-i 60 və daha çox yaşlı olub.

Keçən il ərzində evlənən 3 nəfər 18-24, 15 nəfər 25-29, 39 nəfər 30-34, 40 nəfər 35-39, 52 nəfər 40-44, 82 nəfər 45-49, 235 nəfər 50-59, 237 nəfər 60 və daha çox yaşlı kişi dul olub.

Qadınlara gəldikdə isə, yenidən nikaha daxil olan boşanmış qadınlar daha çox 25-29 yaşlılar, dul qadınlar isə 50-59 yaşlılardır.

Ötən il boşanaraq yenidən ailə quran qadınların 265-i 18-24, 573-ü 25-29, 528-i 30-34, 350-si 35-39, 211-i 40-44, 154-ü 45-49, 201-i 50-59, 71-i 60 və daha çox yaşlı olub.

Keçən il ərzində evlənən 8 nəfər 18-24, 18 nəfər 25-29, 24 nəfər 30-34, 26 nəfər 35-39, 25 nəfər 40-44, 13 nəfər 45-49, 44 nəfər 50-59, 10 nəfər 60 və daha çox yaşlı qadın dul olub.

Ötən il daha çox şəhər yerlərində boşanmış və dul qadınlar yenidən ailə qurub.

2016-cı ildə şəhər yerlərində 1786 boşanmış, 107 dul, kənd yerlərində 567 boşanmış, 61 dul qadın yenidən evlənib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar