Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boşanmağın uşaqlara faydası

Aliyə yazır...


Hər dəhşətli qətl ailəiçi zorakılıq mövzusunda publisistlərə təkrarən bir yazı sifariş verir; bu yazılar partlayışın yanında atılan fişəng qədər bir anlıq olur. 

Hərə bir versiya yazır. Ya da məlum məsələləri bir də yazır. Lakin dəyişməz olan bir qayda var: ailədə fiziki olaraq əzilən tərəf çox vaxt qadın olur.

Qayda dəyişmirsə, məsələnin kökü daha dərindədir - kişilər təqsirkardır, ya qadınlar kimi bəsit polemika faydasızdır. Cəmiyyət tək kişilərdən ibarət deyil, yəni, qadınlar da bir qütbdə dayanır, kişimərkəzçi cəmiyyəti yaşadan tərəflərdən biri də odur.

Bəs kişimərkəzçi yox, qadınmərkəzçi yox, insanmərkəzçi toplum olmaq necə, mümkündürmü?

Yalnız problemin harada olduğunu gördükdən sonra. Hər hansı dəyər kimi ailə dəyərləri də ehkamlaşdıqca fəsadlar törəyir. Yazarlar haqlı olaraq bu ehkamlaşmış dəyərləri göstərirlər. Çünki insan beyni klişeyə meyllidir, dəyəri dəyər edən səbəbi düşünməkdənsə, hazır tarafareti həyatına tətbiq edir. Bu trafaret-model nəsildən-nəslə ailədən ailəyə ötürülür.

İnanaq ki, gender məsələsini mif sayan, hətta onu Qərbin milli ailə institutuna qarşı düşündüyü bir teoriya olduğunu düşünənlər trafaret-modeli yox, dəyərlərin özünü qorumağa çalışırlar.

Lakin bu yerdə hətta ən ağlabatan fikirlər deyən adamlar da dolaşığa düşür. Boşanmaların artan statistikası onları axırda belə bir nəticəyə gətirib çıxarır: adamlar ailənin ciddiliyini anlamırlar, ailə dəyərləri pozulub və s. Və nəticədə boşanma faciə kimi qavranılır. Əlbəttə ki, xoş hadisə deyil, əlbəttə, insanın həyatına psixologiyasına zərbə vurur. Amma boşanmamaq necə?

Boşanmamaq insana nə edir?

Daha bir sual var; Niyə bu nöqtə keçilməz nöqtədir? Çünki, ən sınmayan trafaret məhz budur: Ailə müqəddəsdir. Necə olursa olsun, ailəni qorumalısan.

Ailə müqəddəsdir. Bəs insan? İnsan müqəddəs deyilmi? O, özünü ailənin nəyinə qurban verməlidir?

Hər gərginliyin içində boğulan sual budur.  

Anadan qıza ötürülən “dözmək, necə olursa olsun ailəni qorumaq” şüarı genetik informasiyadır; atalar sözündə möhürlənib. Bunu silmək asan məsələ deyil. Heç silmək istəyənlər də yoxdur.

Və “Niyə dözürdün axı?” soruşanda adətən damarları çıxmış qadın əli uşaqları göstərir. Halbuki, məhz uşaqların naminə dözmək lazım deyilmiş. Uşaqlara görə ər zülmünə dözən ana, arvadının saymazyanalığını gözardı edən ata ailəsini qorumur, əksinə pis bir model qoyur ortaya.: o övladına məsələn, əzik qadın modeli göstərir.

 Əzik ata və ya ana ilə yaşayan uşağın həyata baxışı, ailəyə münasibəti necə olacaq? Statistika həvəskarları bunu düşünmürlər. Bəlkə uşağa görə dözüb bu həyatla barışmaq yox, barışmamaq, bu şərtlərlə razılaşmamaq lazımdır?

Ailənin nəyə görə qurulması kimi nəyə görə dağılması da önəmlidir. Hər ikisində trafaretlər işləyə bilər. Amma hər ikisində həm də prinsiplər işləyə bilər.

Təməl prinsip isə bircədir - insan cinsindən asılı olmayaraq hörmətə layiqdir. Bir yaradılış kimi alidir və hər hansı bir model və ya trafaretin onu aşağılaması yolverilməzdir. Bu prinsip demək olar, bütün konstitusiyalarda ana xətdir.

Uşağa görə ailəni qorumaq mifdir, səbəb məhz genetik informasiyaya qalib gələ bilməməkdir. Uşağa bunca önəm verən ailə onu dünyaya gətirməzdən hansı prinsiplər üzərində ailə qurduğunu ciddi-ciddi düşünərdi. Uşağa önəm verənlər onun qarşısında bir-birini əzib ona belə bir ailə modeli təqdim etməzlər.

Deyək ki, kişimərkəzçi cəmiyyətdə zəif tərəf kimi qadın əzilirsə, qadının dominant olduğu mühitdə də uşaq şəxsiyyət olaraq önəmsənilmir.

Yeni dalğanın kinorejissoru Jan Lük Qodarın “Xalq hakimiyyətə gəlir” film ideyasını xatırlayaq: “Birinci hissə: hakimiyyəti sosialistlər ələ keçirir. İkinci hissə: Sosialistləri qadınlar devirir. Üçüncü hissə: uşaqlar qadınları devirir. Dördüncü hissə: uşaqları heyvanlar devirir...”

Konstitusiyaların ana xətti yaradılış nüvəsinə doğru irəliləyir:

Nəinki insan, hər bir canlı müqəddəsdir!

Ümumiyyətlə, həyat müqəddəsdir!

İbtidai aksiomadır əlbəttə, amma yenə də təkrar olsun!(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar