Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolqarıstan millisinin futbolçusu “Qarabağ”da


“Qarabağ” klubu Bolqarıstan yığmasının və Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Simeon Slavçev ilə müqavilə bağlayıb


25 yaşlı yarımmüdafiəçinin keçidi klubun rəsmi saytında elan olunsa da, müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2014-cu ildən “Sportinq”də çıxış edən Simeon Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon” və Polşanın “Lexiya” klublarının formasını geyib.

Xatirladaq ki, bir neçə gün əvvəl “Qarabağ” fransalı yarımmüdafiəçi Abdullah Zubiri heyətinə qatıb. Futbolçu ilə ikiillik müqavilə imzalanıb. Fransanın “Lans” klubunda çıxış edən A.Zubir 70 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Ağdam klubu İslandiya yığmasının qapıçısı Hannes Tur Halldorsson ilə də ikiillik müqavilə bağlayıb. Ağdam təmsilçisinin Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkib.

Hannes Tur Halldorsson karyerasına 2009-cu ildə ölkəsinin “Fram” klubunda başlayıb. Qolkiper daha sonra KR (İslandiya), “Brann” (Norveç), “Sandnes” (Norveç), NEK (Hollandiya), “Bodo/Qlimt” (Norveç) klublarında forma geyib. O, son olaraq Danimarkanın “Randers” klubunda çıxış edib və bu komandada 69 matçda meydana çıxıb.

İslandiyalı qapıçı 2012-ci ildə milli komandanın heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. O, 2016-cı ildə Avropa çempionatının final mərhələsində İslandiyanın oynadığı 5 oyunun hamısında çərçivəni qoruyub.

Halldorsson dünya çempionatının seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandasının heyətində mundiala vəsiqə qazanıb. Qapıçı dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və Argentina ilə matçda Lionel Messinin vurduğu 11 metrlik cərimə zərbəsini dəf edib. (AzərTAc)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar