Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boksçumuz turnirə qələbə ilə başladı

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja" turnirinə start verilib


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, 69-cu dəfə keçirilən yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb

Boksçularımızdan Yusif Məsudzadə turnirə qələbə ilə başlayıb. 52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz ilk görüşündə bolqarıstanlı Tinko Banabakovu mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. Məsudzadə fevralın 23-də təşkil olunacaq 1/4 finalda iranlı Reza Suleymanifardla üz-üzə gələcək.

Ondan fərqli, Elvin İsayev (64 kq) və Rahil Məmmədlinin (91 kq) debütü uğurlu alınmayıb. Boksçularımız müvafiq olaraq, Luis Rodriques (Braziliya) və Abzal Kuttibekova (Qazaxıstan) məğlub olublar. 

Qeyd edək ki, yığmamız 32 ölkədən 300-dən artıq boksçunun qatıldığı turnirə 7 idmançı ilə yollanıb. Təmsilçilərimizdən bu gün daha ikisi mübarizəyə qoşulacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar