Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boko Haram bu il 83 uşağı canlı bomba kimi istifadə edib


Birləşmiş Millətlər Təşkilatı, Nigeriyanın şimal-şərqində Boko Haram qiyamçılarının canlı bomba kimi istifadə etdiyi uşaq sayında böyük artım olduğunu bildirib


Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumatda qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNİCEF) verdiyi açıqlamaya görə, təkcə 2017-ci ildə 83 uşaq canlı bomba kimi istifadə edilib.

Bu rəqəm, 2016-cı ildəki rəqəmdən dörd dəfədən çoxdur.

Qurbanların 55-i 15 yaşınadək qızlar olub, hətta bir qızın qucağındakı körpəyə də bomba bağlanıb.

UNICEF Boko Haram-ın bu taktikasını qəddarlıq kimi təsvir edib və əlavə edib ki, bu uşaqlar cinayətkar deyil, zərərçəkmişlərdir.

BMT, həmçinin Nigeriyanın şimal-şərqində 2014-cü ildən etibarən 127 uşağın canlı bomba kimi istifadə edildiyini açıqlayıb.

İslamçı Boko Haram təşkilatı bundan əvvəl məktəbli qızları qaçırıb, oğlanları isə hərbi xidmətə məcbur edib.

Ölkənin şimal-şərqindəki münaqişələr nəticəsində 1,7 milyon insan evlərini tərk etməli olub.

Bu il bölgəyə təsir edən quraqlığa görə 450 min uşağın qidalanma şərtləri ciddi şəkildə çatışmır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar