Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biz niyə dayandıq?


Vüsal Məmmədov yazır


...1877-ci ilin dekabrında rus qoşunları Balkandakı döyüşlərdə Osmanlı ordusunu yenərək, İstanbulun üzərinə yeriyirlər. Osmanlının sonuncu müqavimət cəhdi indiki Plovdiv yaxınlığında olur, amma rusların qarşısını kəsə bilmirlər. Yanvarda bu müharibənin əsas qəhrəmanları – sərkərdələr Skobelev və Qurko Osmanlı ordusunu darmadağın edirlər və budur – İstanbula gedən yol açıqdır! 

Fevralın 11-də Skobelev gəlib San-Stefanoya çatır. Bu qəsəbə İstanbuldan cəmi 12-13 kilometr aralıda idi! Rus zabitləri durbinlərlə İstanbulun məscidlərinə baxır, tezliklə oranı necə tutacaqlarından danışırdılar. Rus İmperiyasının ən böyük arzularından biri, Pyotrun vəsiyyətində yer alan İstanbulu fəth etmək demək olar ki, gerçəkləşmişdi. İstanbul o qədər yaxın idi ki, ruslar əllərini uzatsalar, çatacaqdı... 

Əsgərlər tam hazır idilər, baş komandanın əmrinə müntəzir durmuşdular. Skobelev isə Peterburqdan tapşırıq gözləyirdi. Əsəblər dözmürdü. Məşhur batalist rəssam Vitali Vereşagin komandanın otağını girib, onun üstünə qışqırmışdı: “Teleqraf simlərini qır tulla, Konstantiniopola gir! Əgər sülh bağlayacağıqsa, qoy orada bağlayaq!”. 

Amma tarixi oxuyan hər kəs bilir: bu müharibə İstanbul yox, San-Stefano sülh müqaviləsilə başa çatıb. Çünki Peterburqdan əmr gəlir: “Konstantiniopola girməyin!”

Niyə? Axı Rusiya bu qədər qurban vermişdi, bütün Balkandan qələbə qazana-qazana gəlib, tarixi arzusuna demək olar ki, çatmışdı... Sadəcə, kandardan içəriyə adlamaq qalırdı. 

Ona görə ki, Peterburq Britaniya və Avstriya-Macarıstan imperiyalarının mövqeyini nəzərə almalı olur. Əlbəttə, ruslar İstanbulu tutsalar, həmin an bu imperiyalar ona mane ola bilməyəcəkdi. Amma tarixdə yeni dövr başlayandan bəri müharibələrin nəticəsi döyüş meydanında həll olunmur. Müharibənin nəticəsinin sadəcə döyüş meydanında həll olunduğu dövr orta əsrlərlə bitdi. 

Siz necə düşünürsünüz, məsələn, İsrail dövləti əgər istəsə, Fələstin problemini qısa müddətə `blitskriq`lə, hərbi yolla həll edə biləri? Bu, altıgünlük müharibə vaxtı az qala bütün ərəb dünyasını diz çökdürmüş İsraildir axı; bəs indi niyə eləmir? Özü də qüdrətli lobbisi, kəşfiyyatı, ordusu ilə...

Ona görə də, dostlar, müasir dövrdə təkcə döyüş meydanında gedən əməliyyatlar dairəsində düşünmək olmaz. Çağdaş müharibə kompleks anlayışdır, onun çox cüzi bir hissəsi bilavasitə savaş teatrında həll olunur. Burada çoxtərəfli siyasi-diplomatik gedişləri hərbi əməliyyatlarla sinxronlaşdlrmaq, mürəkkəb manevrlər eləmək, çoxlu maraqları və nüansları nəzərə almaq lazım gəlir.

Amma əlbəttə, bütün bunlar əsla o demək deyil ki, bizim döyüş əməliyyatlarının nəticəsi yoxdur. Var, özü də çox ciddi nəticələrdir.

Hər şeydən əvvəl, danışqlar prosesində ortaya qoymaq üçün ciddi bir `kozır` qazanıldı. Azərbaycan indi danışıqları müharibədə uduzmuş yox, döyüşdə qalib gəlmiş tərəf kimi apara bilər. Bu, olduqca böyük fərqdir. 

İkincisi, biz həm dövlət, həm xalq olaraq ciddi psixoliji üstünlük qazandıq. Bu da özünü istər siyasi, istər diplomatik, istərsə də ictimai proseslərdə mütləq büruzə verəcək.

Üçüncüsü, Azərbaycan Ermənistan tərəfindən bu günə qədər yaradılmış bütün təbliğat stereotiplərini darmadağın etdi. Hamı gördü ki, biz sadəcə “neft satıb, silah almırıq”. Müasir, güclü və çevik bir ordu yaradılıb, yaxşı zabit kadrları yetişdirilib. 

Dördüncüsü, Erməni tərəfi onu anladı ki, beynəlxalq dəstəyə çox da güvənmək lazım deyil, məqamı gələndə müharibə teatrında güclü Azərbaycan Ordusu ilə üzbəüz qalacaq.

...Bəzi nəticələr var ki, dərhal görünmür. Bir sıra addımların effekt verməsi üçün üstündən zaman keçməlidir. Müəyyən müddət sonra biz “Dördgünlük müharibə”nin nəticələrini çox aydın hiss edəcəyik. Tamamilə mümkündür ki, qarşıda qazanılacaq istər hərbi, istərsə də diplomatik qələbələrin əsası məhz bu dörd günlük əməliyyatlarda qoyulub. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

İslam dünyası niyə geridədir? – Tarixi dəyişən mıx

Dünyanın ən gözəl ölüsü, yaxud, ölümün səlis məntiqi

“Ölüm” sözünün türk şüurundakı gizli kodu

“Game of Thrones”dan çıxan 10 dərs – Siyahı

Ən çox oxunanalar