Bu gün bitkoin kriptovalyutasının qiyməti 12 min dolları ötərək yeni rekord qırıb
“Qafqazinfo” xəbər verir ki, bitkoin bir neçə gün öncə 9 min dollara qədər ucuzlaşsa da, yenidən artım tendensiyası başlayıb.
Məlumata görə, son 24 saat ərzində bitkoinin dəyəri 6% artıb.
Bitkoinlə yanaşı həmçinin digər məşhur kriptovalyutaların da qiyməti yüksəlməyə davam edir.
pia.az