Bu gün bitkoin ucuzlaşıb
Kriptovalyutanın dəyəri 16 min 559.0 dollar olub.
Oxu.Az xəbər verir ki, kriptovalyutanın bazar dəyəri 283 milyard dollara yüksəlib. Həftəlik olaraq bitkoin 34.62% dəyər qazanıb.
Ethereumun məzənnəsi isə günlük 0,19 % bahalaşaraq 635.20 dollar olub. Bu kriptovalyutanın dəyəri həftəlik 40.23% bahalaşıb.
Qeyd edək ki, ethereumun bazar kapitalizasiyası 61,16 milyard dollara yüksəlib.
Beşliyə daxil olan kriptovalyutalardan laytkoin həftəlik ən çox dəyər qazanan valyuta olub. Bu kriptovalyuta həftəlik 200.16% dəyər qazanıb. Laytkoin 327.330 dollar təşkil edir.
pia.az