Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birləşmiş Krallığın hərbiçiləri Bakıdadır


Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşlıq planına əsasən 160-cı briqadanın komandiri, briqada generalı Martin Qambelin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və sülhməramlı taborlarında keçirilən görüşlərdə britaniyalı nümayəndə heyətinə Silahlı Qüvvələrimizin müxtəlif ordularla qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, həmçinin sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı ətraflı məlumat verilib. 

Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Böyük Britaniyanın 160-cı briqadası ilə ƏİK proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq prespektivləri müzakirə edilib. Britaniyalı nümayəndə heyəti ƏİK və sülhməramlı taborların xidmət yerləri, onlar üçün yaradılan sosial-məişət və təlim şəraitləri ilə tanış olub. 

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general Martin Qambel hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğunu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar