Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci vitse-prezidentin təyinatından bir il ötdü – Yeni kontitusion institut gözləntiləri doğrultdumu?


Millət vəkili: “Mehriban xanım Şərq qadınının obrazını Azərbaycan cəmiyyətində dəyişdi”.


“Birinci vitse-prezidentin Mehriban Əliyeva olmasına yanaşmalar müxtəlif oldu. Çünki bu bir çoxları üçün Azərbaycan dövlətinə hücumun fürsətinə çevrildi”.

Bu sözləri millət vəkili Zahid Oruc birinci vitse-prezidentin bir illik fəaliyyətini PİA.AZ-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi 2016-cı il Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib, ölkədə Birinci vitse-prezident və vitse-prezidentlər institutu yaradılıb. 2017-ci ilin fevralın 21-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edib. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Prezident İlham Əliyev Mehriban xanımı Birinci vitse-prezident kimi təqdim etdi.

Qeyd edək ki, Mehriban Əliyeva 2004-cü ildən bu günə qədər Heydər Əliyev Fondunun prezidenti  və 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Həmçinin Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyevanın xüsusi rol olub. Məsələn 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün oldu. 2015-ci ildə isə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyətinin nəticəsi idi. Eyni zamanda Mehriban Əliyevanın beynəlxalq aləmdə böyük nüfuzu var. On ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. 

Dünən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevnın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsindən bir il ötdü. Birinci vitse-prezidentin bir illik fəaliyyətini və vitse-prezidentlik institutunun effektliliyini necə dəyərləndirmək olar?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucun fikirlərin öyrənib.



Zahid Oruc: “Hər hansı qeyri-müəyyənliklərdən, hansısa müxtəlif ssenarilərdən Azərbaycanın sığorta olması üçün bu təyinat kifayət qədər yerinə düşürdü”. 


“Birinci növbədə xöşbəxt ailə cütlüyü yaxın ətraf üçün doğmaların ümumi şərhində bir nümunədir və belən olan halda bu cəmiyyət həyatına kömək göstərmiş olur. Əgər həmin cütlük, dövlət rəhbəri və onun xanımına aid olaraq işlənirsə, bu heç şübhəsiz ki, millət üçün ikiqat qürur mənbəyidir. Həmçinin həyatının formalaşmasında, quruculuğunda birinci şəxsə indekslənən millətlər üçün xüsusilə də Şərq aləmində bu çox əhəmiyyət kəsb edir. 

Biz 1990-ci illər Azərbaycan reallığına baxanda məsələnin başqa komponentlərinə baş vurmadan söyləyirik ki, o dövrdə prezidentlik institutunun özü belə formalaşa bilməmişdi. Yəni ilk özünü rəhbər edən şəxs də, sonrakı dövr seçilən adamların da fəaliyyəti cəmiyyət, bütövlükdə millət üçün çox böyük ağrılarla və mirasla yadda qaldı. Bildiyimiz kimi sonra Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi. O zaman isə Zərifə Əliyevanın erkən dünyadan köçməsi səbəbi ilə birinci xanım institutu Azərbaycanda özünü göstərə bilmədi. Yalnız prezident İlham Əliyevin dövlət rəhbəri gəlməsi və Mehriban xanımın bu konteksdə geniş miqyaslı fəaliyyəti ölkəmizə, Azərbaycan cəmiyyətinə xoş təsir bağışladı. Həmçinin Mehriban xanım sözün həqiqi mənasında cəmiyyətimizə və dünyaya dövlət başçısının fəaliyyətini tamamlayan, eyni zamanda çətin anlarda onun yanında olan bir xanım obrazını təqdim edə bildi. 

Zahid Oruc: “Mehriban xanım cəmiyyətimizə və dünyaya dövlət başçısının fəaliyyətini tamamlayan, eyni zamanda çətin anlarda onun yanında olan bir xanım obrazını təqdim edə bildi”.


Birinci xanım institutu Qərb idarəetmə sisteminin ixtirasıdır. Bu Sovetlər dövründə də özünü göstərməyib, ümumiyyətlə sosialist düşərgəsi ölkələrində bu fonemindən biz danışa bilmirik. Ancaq biz bir sıra hallarda dövlət başçılarının çox statik, ümumictimai fəaliyyəti olmayan, yalnız sadəcə ailə həyatının bir hissəsi kimi özünün nəzərə çapdıran simalarını görürük. Mehriban xanım isə Şərq qadınının obrazını Azərbaycan cəmiyyətində dəyişdi. Onu regional və beynəlxalq aləmə də uğurlu bir simada təqdim etdi. 

Qeyd edim ki, Şərq qadını obrazının tarixi nümunələri var. Biz Sara xatından danışırıq, yaxud da Nüşabənin hökmüranlığından bəhs edirik. Mənim çox sevdiyim obrazlı bir sözdə deyilir ki, zəif qadınlar həyat yoldaşlarını özlərinə köləyə çevirirlər və özləri də qulun xanımı olurlar. Amma güclü qadınlar həyat yoldaşlarının hökmdar olmasında iştirak edirlər və hökmdar xanımı olurlar. Bu sözü məhz burada söyləmək yerinə düşür. Çünki Azərbaycan tarixinin hazırkı dönəmində biz bunun uğurlu bir şəkildə həyata keçirildiyinin şahidi oluruq. 

Zahid Oruc: “Mehriban xanımın Birinci vitse-prezidentliyi hər zaman qadınları ikinci, üçüncü planda görmək istəyən və yaxud da qadınlara yalnız mətbəx əşyası kimi baxmaq istəyənlərə də yaxşı bir kontur cavabdır”.


Mehriban xanımın birinci vitse-prezident təyinatında böyük mədəniyyətin, humanitar, ictimai, sosial, Fransa və ABŞ-la yaxşı münasibətlərin parlamentarizm xətti ilə qurulmasındakı öməli rolun, Azərbaycan irsinin beynəlxalq məkanda tanıdılmasının və başqa istiqamətlərin şahidiyik. Yəni birinci vitse-prezidentlik bunların sadəcə rəsmiləşmiş forması idi. 

Birinci vitse-prezident Mehriban Əliyeva olmasaydı, bu haqsızlıq sayılardı. Çünki Mehriban xanımdan başqa heç kəs həmin vəzifəyə layiq deyildi. Birinci vitse-prezidentin Mehriban Əliyeva olmasına yanaşmalar müxtəlif oldu. Çünki bu bir çoxları üçün Azərbaycan dövlətinə hücumun fürsətinə çevrildi. Amma o biri tərəfdən bunu belə sayaq ki, hər hansı qeyri-müəyyənliklərdən, hansısa müxtəlif ssenarilərdən Azərbaycanın sığorta olması üçün də bu təyinat kifayət qədər yerinə düşürdü. 

Mən düşünürəm ki, Mehriban xanımın çevik, qocaq, hümansit, böyük qəlb sahibi kimi ortaya qoyduğu təqdimatlar Azərbaycan cəmiyyətində matrialxalq sistemin, yəni qadınların cəmiyyət həyatına, dövlət idarəçiliyinə, ictimai proseslərə yaxından qatqısını təmin edir. Həmçinin Mehriban xanımın Birinci vitse-prezidentliyi hər zaman qadınları ikinci, üçüncü planda görmək istəyən və yaxud da qadınlara yalnız mətbəx əşyası kimi baxmaq istəyənlərə də yaxşı bir kontur cavabdır. 

Hesab edirəm ki, Mehriban xanımın fəaliyyəti uğurludur. Ona qarşı çevirlən bütün qüvvələrin hücumuna baxmayaraq o bir simvoldur. Gələcəkdə də ölkəmizin, millətimizin mənafeyi naminə çalışmalarında ona uğurlar arzu edirik”.

Nərminə UMUDLU
pia.az




 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar