Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olublar


Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bugünədək görülən işlər, xəstələrin müalicəsi barədə məlumat verilib.
 
Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov 2009-cu ildən istifadəyə verilən Mərkəzin bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynadığını, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olduğunu diqqətə çatdırıb.
 
Bildirilib ki, Talassemiya Mərkəzində aparılan islahatlar, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində görülən işlər, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün hazırlanmış tədbirlər talassemiyalı xəstələrin müalicəsində, eyni zamanda, profilaktikasında əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidentinin imzaladığı müvafiq Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verilməsinin Mərkəzin fəaliyyətinin genişləndirilməsi və talassemiyalı xəstələrlə yanaşı, digər qan xəstələrinə xidmət göstərilməsi baxımından əhəmiyyəti qeyd olunub.
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban ƏliyevaHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək, onların müalicəsinin gedişi ilə maraqlanıb. Mehriban Əliyeva səhiyyə və sosial məsələlərin Heydər Əliyev Fondunun fəaliyyətində prioritet təşkil etdiyini, bu baxımdan da talassemiyalı xəstələrin müalicəsinə, o cümlədən bu xəstəliyin profilaktikası üzrə maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz dəstəyini verdiyini bildirib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar