Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci sinifə getdiyi gün vəfat etdi- 6 yaşlı Ucal və qardaşının acı taleyi


Sentyabrın 15-də axşam saatlarında Bakı-Qazax magistralının Kürdəmir rayonunun Qarabucaq və Ucarın Müsüslü kəndləri arasındakı hissəsində 2 azyaşlı qardaşın ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi detalları üzə çıxıb


Lent.az-ın məlumatına görə, Bakı şəhər Qaradağ rayon sakini Elmin Hüseynovun idarə etdiyi “Toyota Previa” markalı minivan tipli avtomobilin yolun ortasındakı arakəsməyə çırpılaraq aşması nəticəsində ölən sürücünün oğlu Ucal Hüseynov elə həmin gün Sahil qəsəbəsindəki orta məktəbin birinci sinfinə gedibmiş. Günortadan sonra uşaq məktəbdən qayıdandan sonra onlar Bərdədə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxıblar.

Qeyd edək ki, Elmin Hüseynova məxsus 7 oturacaqlı avtomobildə 2 azyaşlı oğlu ilə yanaşı anası, həyat yoldaşı, bacısı, bacısının yoldaşı və onların iki övladı da olub. Onlar Bərdədə Elminin xalası oğlunun toyunda iştirak etmək üçün yola çıxıblar. Lakin KürdəmirUcarın arasında hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı beton arakəsməyə çırpılıb. Daha sonra yoldan çıxıb aşan avtomobilin qapısı açılıb və sürücünün 6 yaşlı oğlu Ucal ilə 4 yaşlı oğlu Firdovsi ağır xəsarət alaraq vəfat ediblər. Sürücünün bacısının 6 yaşlı qızı Alsu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar