Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biri 7 yaşlı oğlunu 3-cü dəfə Həccə aparır, biri 29-cu dəfə gedir…


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşların sənəd qəbulunu davam etdirir


Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir.

Maraqlıdır, bəs bu il ziyarət paketinin qiymətinin daha da yüksəlməsi Həcc rekordu qıran zəvvarların səfər etməsinə mane olmayacaq ki?

Modern.az mövzu ilə bağlı “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovla əlaqə saxlayıb. Çünki Azərbaycandakı Həcc rekordçularından biri də odur. Hacə Əbdül bildirib ki, qiymətlərin yüksək olması onun Həcc sevgisini əngəlləyə bilməz: “Həcc ziyarəti elə bir xoş əməldir ki, bu yolu az getsən ləzzətini bilməzsən. Adam istəyir ki, ömrü boyu Həcc ziyarətinə getsin. Ora səfər etmək məhəbbət işidir. İnsanın qəlbində mütləq sevgi olmalıdır. Bu il 29-cu dəfə Həccə gedəcəm”.

Bir müddət əvvəl ürəyində problem yarandığı üçün müalicə alan Hacı Əbdül bu dəfəki ziyarətə tək getməyəcəyini vurğulayıb: “İnşallah, bu il də qismət olsa, Həcc ziyarətinə oğlum və adaşım Hacı Əbdüllə gedəcəyəm. Oğlumun 7 yaşı var. Bu il 3-cü dəfə ziyarətə gedəcək. Oğlum 5 yaşında Hacı olub. Yaşı az olsa da, getməməklə bağlı bir kəlmə də deməyib. Həm də oğlum Həcc ziyarətində mənə kömək edir. Həcc ziyarətinə yollanarkən nəinki, pulumu, canımı da verməyə hazıram. Qarşıdan Ramazan ayı gəlir. Səhhətim indi yaxşıdır. İnşallah bu il oruc tutub namaz qılacam”.

Keçmiş deputat Hacı Qalib Salahzadə də zəvvarlar üçün ayrılan ziyarət paketinin qiymətindən danışıb:

“Həccə getmək müqəddəs səfərdir. Gərək içində sevgi olsun. Heç nə Həcc ziyarətimi həyata keçirməyi əngəlləyə bilməz. Bu il də qismət olsa Həcc ziyarətinə gedəcəm. Məgər Həcc ziyarətinə getmək hər adama nəsib olur?! Bu, elə bir səfərdir ki, gərək Allah onu insana qismət etsin. Heç vaxt pula görə ziyarətimi təxirə salmaram. Pulun çox olmasının önəmi yoxdur. Əsas odur ki, Allah bunu qismət etsin”.

Hacı Qalib Salahzadə bundan əvvəl 28 dəfə Həcc ziyarətində olub. Bu il o, 29-cu dəfə Həccə getməyə hazırlaşır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar