Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir yazıçının kitabları haqqında yazdıqları


Yazıçının “Mən sevməyə məhkumam” əsəri də insan münasibətlərinə həsr olunub

Bir yazıçının kitabları haqqında yazdıqları

Ziya Səfərbəyovun  ilk kitibı olan “Mənin lənətlənmiş dünyam” romanında ölümə məhkum olan və bu kədərli sonluğa müxtəlif yollarla gəlib çıxan üç gəncin keçirdiyi ruhi sarsıntılar, üzləşdikləri çətinliklər, onların faciəsinin səbəbləri elə inandırıcı qələmə alınmışdır ki, sanki əsərin müəllifi 22 yaşlı gənc yox, dünyagörmüş ağsaqqaldır. Onun cəmiyyətdəki haqsızlıqlara, insanların etinasızlığına və biganəliyinə etiraz olaraq çaldığı həyəcan təbilini eşitməmək mümkün deyil.

Yazıçının “Mən sevməyə məhkumam” əsəri də insan münasibətlərinə həsr olunub. Burada sevgiyə, sədaqətə, vəfaya, dostluğa aparan yolların çətinliyindən, ağır sınaqlardan bəhs edən müəllif satqınlıq və xəyanət nəticəsində yaranan tənhalıqdan, onun doğurduğu mənəvi əzablardan söhbət açır. O, Avropa və Şərq mədəniyyətlərinə aid maraqlı müqayisələr apararaq oxucularını düşündürməyə çalışır. Ələlxüsus onun qadına münasibətlə bağlı fikirləri diqqət çəkir. Adi ailə münasibətlərindən çıxış edərək cəmiyyətdə gedən dəyişiklikləri, incan mənəviyyatındakı təzadlı, ziddiyyətli cəhətləri göstərərək, oxucunu intizarda saxlamağı bacaran müəllifin həyəcanlarını, onun fəal həyat mövqeyini duymamaq olmur.

“Qullar” gənc yazıçının sayca üçüncü kitabıdır. Buraya daxil edilmiş eyniadlı romanda insan mənəviyyatında çatların əmələ gəlməsi ilə nəticələnən səbəblərdən danışılır. Qul psixologiyasını, qul təbiətini bütün təfərrüatı ilə göstərməyə çalışan müəllif bir insanın başqa birisinin quluna çevrilməsi kimi ağrılı və əzablı prosesdən söhbət açır, qul olanların faciəsini göstərir.

Əsərin qəhrəmanları “Sərhədsiz həkimlər” humanitar təşkilatının həkimləridir. Müxtəlif irqlərə və dinlərə məxsus olan, ayrı-ayrı millətlərin nümayəndələrini təmsil edən bu insanlar dünyanın müxtəlif yerlərində faciəvi hadisələrlə, acı insan taleləri ilə üzləşirlər. Xeyirxahliq, dostluq, həssaslıq, insana məhəbbət kimi yüksək insani keyfiyyətlərin birləşdirdiyi bu adamlar tez-tez özlərini təhlükəyə atırlar. Başqalarının həyatını xilas etmək üçün ölümlə üz-üzə qalırlar. Rəhmsizlik, zorakılıq, qəddarlıq kimi hallara qarşı mübarizə aparan bu qəhrəmanların fonunda müəllifin nadanlıq, təcavüz, xəyanət, depressiya, özünüməhv kimi naqisliklərlə bağlı mülahizələri maraq doğurur. Onun bir sıra hadisələrin təsiri altında insan həyatının dəyişməsi, yeni mahiyyət kəsb etməsi,  dostluq və sevgi kimi ülvi hisslərin insanı mənən zənginləşdirməsi prosesini ətraflı göstərməsi təqdirəlayiqdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar