Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir ton xəstə at əti tutuldu - Bakıda satılacaqdı


Bir tona taxın xəstə və yaşlı at ətini mal əti adı altında satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb


PİA.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısının alınıb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub. Rayon sakinləri Rudik Haqverdiyev və Mehdi Mehdiyev 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

Aşkar edilən ətdən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ətlər xəstə və yaşlı at cəmdəklərinə məxsusdur. Həmçinin isitifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Qusar, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə atları kəsərək həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyiblər.

Saxlanılan şəxslərin yaşadıqları evlərin həyətyanı sahələrinə keçirilən baxış zamanı oradan atların kəsilmiş və iz itirmək məqsədi ilə torpağa basdırılmış hissələri, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar da aşkar olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar