Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir qrup müxalifətçi meydana yığışıb, neft istəyir

Milli Şurada birləşən müxalifətin Bakının “Məhsul” stadionundakı icazəli mitinqi davam edir


Sosial şəbəkələrdə qaldırılan bütün hay-küyə baxmayaraq mitinqdə gözlənilən kütləvilik alınmayıb, meydanda seyərklikdir.

 Toplaşanlar qarşısında AXCP sədri Əli Kərimli çıxış edir. İllər keçir, müxalifətin isə ritorikası dəyişmir. Əli Kərimlinin ritorikası yenə də ötən əsrin 80-ci illərinin sonunu, 90-cı illərinin əvvəllərini xatırladır. Onun əvvəlki çıxışlarını götürüb indiki ilə müayisə etmək olar və bu zaman aydın olacaq ki, nə müxalifətin natiqlərinin dediklərində, nə ölkədəki vəziyyətdə dəyişiklik yoxdur.

Əli Kərimli yenə repressiyalardan, neft pullarından və avtoritarizmdən danışır. Sözlər də oxşardır, bir yığın insanın sifətindəki emosiyalar da. Siyasi situasiyanın dəyişdiyi haqda bütün deyilənlər əbəsdir. Bu mitinqə və müxalifət liderlərinin mənasız nitqlərinə baxanda belə qəanətə gəlirsən ki, onlar xalqdan nə dərəcədə uzaq düşüblər.

***

Milli Şura adlandırılan müxalifət birliyinin Bakının “Məhsul stadionu”unda keçirilən icazəli mitinqi bu dəqiqələrdə başlamaq üzrədir. Meydana AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənli, digər müxalif partnomenklatura üzvləri gəliblər. İştirakçılar da meydana toplaşır. Polis mitinqin keçirilməsinə mane olmur, ancaq stadiona girənləri diqqətlə yoxlayır. Meydanda vətənpərvər ruhlu mahnılar səsləndirilir.

***

Mitinqin başlamasına sayılı dəqiqələr qalıb.

Buna baxmayaraq, “Ərzaq meydanı”nda müxalifətin mitinqinə gələnlərin sayı olduqca azdır. Daha dəqiq desək, meydan boşdur.

***

Təxminən saat yarımdan sonra Bakının “Ərzaq meydanı” kimi tanınan ərazisinin qarşısında - “Məhsul” stadionunda milli-demokratik müxalifətin mitinqi keçiriləcək.

Mitinqin təşkilatçısı müxalifətçi bloger Əli Kərimlinin sədrlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.

Müxalifət prezident seçkilərinə bir il qalmış yenidən öz köhnə ənənəvi – kütləvi mitinqlərin və nümayişlərin köməyi ilə siyasi prosesləri dinamikləşdirmək, vəziyyəti gərginləşdirmək taktikasına müraciət edib.  

Əslində AXCP və Ə.Kərimli bu taktikaya hələ keçən ilin payızından üz tutmuşdu. Amma hazırkı  hakimiyyətin rəqibləri meydana heç bir neçə min tərəfdar belə yığmağı bacarmadı və ondan sonra "mitinq taktikasını" uzun müddətə bir kənara qoymalı oldu. Və budur, 2018-ci ildə keçiriləcək prezident seçkilərindən bir il əvvəl AXCP yenə öz tək alternativinə doğru şığıyır.

Ancaq bu dəfə etiraz hərəkatı yaradılması cəhdinin əsas şüarı təəccüb doğurur: "Neftdən payımızı verin!”. Maraqlıdır, görəsən müxalifət alternativ enerji mənbələri mövzusunun aktuallaşması fonunda hər gün ucuzlaşan neftin bölünməsini necə təsəvvür edir? Ə.Kərimli və onun tərəfdarları bunu izah etmirlər. Sadəcə deyirlər ki, neft buruqlarının idarə edilməsini bizə verin. Müxalifət həmin neftvuran dəzgahları “fırlatmağa” cəhd edən çoxmu tərəfdar tapacaq? Bir saatdan bir az çox gözləmək qaldı.

Amma artıq indi bir məsələni təsdiq etməyə zərurət var: müxalifətin neft buruqları uğrundakı mübarizə metodları, hakimiyyətin önləyici metodları kimi, dəyişmir. Müxalifət mitinq ərəfəsində doqquz fəalın saxlanıldığını bəyan etmişdi. Amma...

Görünür, Kərimli bu dəfə də “buruqları” idarə etməyə nail ola bilməyəcək.

Hadisələrin inkişafını izləyirik...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar