Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir az o tərəfə sıxlaşın… biz də yaşayaq


İfadə hamınıza tanışdır. İctimai nəqliyyatdan tutmuş toy süfrələrinədək hər yerdə bu fraza azərbaycanlı məhrəmliyinin ifadəsidir


Bəs kimdir o “Bir az o tərəfə sıxlaşın” deyən adam?
 
Əvvəla bu adam özünü bizə çox məhrəm sayır. O qədər məhrəm ki, bu məhrəmliyə “filan kənddən filankəsin oğlu deyilsən”dən tutmuş, “ulu kainatın bir zərrəsiyik”ə qədər  haqq qazandıra bilər.
 
İkincisi, o, hər kəsi özünə borclu sayır. O qədər borclu ki, mən, biz, insanlar öz şəxsi dairəmizdən kəsib ona verməyə borcluyuq.
 
Üçüncüsü, bu adam sonradan gəlib. Misal üçün, sən soyuq havada 2 dayanacaq qabağa gedib, boş yerdə oturmaq (dayanmaq) üçün 20 dəqiqə avtobus gözləmisən, minmisən o avtobusa, rahat dayanmısan. 2 dayanacaq sonra dayanacağa yeni çatmış bir nəfər sən tərəfə “Bir az o tərəfə sıxlaşın» qışqırır.
 
Dördüncüsü, bu adam öz adından danışmır. Onun üçün “mən” “biz”dir. Və ya əksinə. O demir “mən də oturum”. O, “biz də oturaq” deyir. Özünə yer qoparmaq üçün o, ictimaiyyətin, çoxluğun adından istifadə edir.
 
“Bir az o tərəfə sıxlaşın” deyən adam özünü haqq-ədalətli, başqalarını haqsız sayır. Halbuki, həqiqət onun üçün yalnız öz marağını ifadə edir. Onun boş yer kimi gördüyü məkan sənin artıq pulunu ödədiyin və uşaq oturtduğun bir yer, avtobusda boyu kiçik adamın başının üstündəki boşluq və ya sadəcə, 2 insan arasında olmalı olan məsafədir.
 
Ən təhlükəlisi isə, bu adamın özünü ağıllı saymasıdır!
 
Bu adam hər yerdədir. Və Allah hamımızı bu adamdan olmaqdan saxlasın. O, yasda yanında oturan xala da ola bilər, özünü yarmarkada malını satan kəndlinin köşkü yanına dürtən topdançı da. O, biznesi yaxşı gedən iş adamının biznesindən yaradıb, həmin o biznesi batıran da ola bilər, pul qazanan biznesmenin qazancına ortaq olmaq istəyən məmur da. O, MİS-də arayış verən qız da ola bilər, uşağının müəlliməsi də.
 
Bu adam, bir sözlə, sənin yerini dar eləyəndir. Bir-birimizin yerini dar eləməyək. Sıxlaşıb oturmaq çətindir, sıxlaşıb yaşamaqsa, mümkün deyil.
 
Afət Yaqubova(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar