Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir aylıq körpənin 7 dişi çəkildi - Fotolar


Hindistanın qərb vilayəti Qucaratda qəribə hadisə baş verib


Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, burada 1 aylıq Prayan Şarma adlı körpənin 7 dişi çıxarılıb.

Uşağına anası Nikita Şarma bildirib ki, o, övladının ağzında dişin olmasını 10 gündən sonra bilib:

“Yeni doğulanda Prayana infeksiya düşmüşdü deyə, xəstəxanada müalicə olunurdu. Evə gətirdikdən sonra ona süd verməyə başladım. Hiss elədim ki, ağzında nəsə var. Baxanda 7 diş gördüm. Körpə uşağın bir dişlə doğulduğunu eşitmişdim, amma 7 dişlə heç vaxt”.

Körpənin valideynləri onu təcili diş həkiminə aparıblar. Həkim də 7 dişlə doğulan Prayanın dünyada ilk uşaq olduğunu söyləyib. Tibb işçisi vurğulayıb ki, Prayanın dişləri sağlam olsa da, amma çıxarılmalıdır. Çünki bu onun nəfəs almasına mane ola bilər.

Əməliyyat iki mərhələdə olub. Əvvəlcə 4, sonra isə 3 diş çəkilib. Hələlik uşağın vəziyyəti normaldır, amma bunun gələcəkdə onun sağlam dişlərə sahib olmasına təsir edib-etməyəcəyi bilinmir. 




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar