Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir ailənin 4 üzvünü maşınla vuran 70 yaşlı sərxoş sürücü tutuldu - Foto

Abşeron polisi piyadaları vurub hadisə yerindən qaçan sürücünü saxlayıb


Musavat.com xəbər verir ki, sərxoş vəziyyətə sükan arxasına keçən Fazil Rzaxanov sonda ağır qəzaya səbəb olub. Ahıl kişi idarə etdiyi VAZ-2107 markalı maşınka Aşağı Güzdək qəsəbəsində yolu keçən 4 piyadanı vurub. Hadisədən sonra sürücü maşını saxlamadan yoluna davam edib. Bir ailənin üzvü olan 4 yaralı isə xəstəxanaya çatdırılıb. 

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları qıza zaman ərzində Fazil Rzaxanovun yerini müəyyən ediblər. Polisə gətirilən sürücü əməlini etiraf edib. O, hadisə yerindən qaçmasını qorxduğu ilə izah edib. 

İkisi azyaşlı olan 4 yaralının vəziyyəti normaldır. Amma 70 yaşlı Fazil kişini yaxşı heç nə gözləmir. Avtomobili sərxoş vəziyyətdə idarə etməsi və yaralılara yardım etmədən hadisə yerindən qaçması onun ağırlaşdırıcı hal hesab olunur. 



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar