Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədidə sakinlər etiraza qalxdı - Video, Fotolar

Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 188/28 ünvanında yaşayan sakinlər aksiya keçiriblər


Onlar Bakı İnşaat MMC-nin 4 binanın həyətindəki istirahət parkını özəlləşdirməsinə etiraz ediblər. 

Sakinlər deyir ki, 2013-cü ildə ölkə başçısının göstərişi ilə yüksək səviyyədə təmir olunmuş, yaşıllıqları ilə göz oxşayan, bir hektar əraziyə malik park minlərlə ailənin istirahət yeridir. Lakin son günlər parkın ərazisinin özəlləşdirilməsi ilə bağlı mübahisələr yaranıb.

Bakı İnşaat MMC-nin rəhbəri Zakir Quliyev sakinlərlə görüşərək bu ərazinin artıq ona məxsus olduğunu və parkın ləğv edilərək yerində yaşayış binası tikiləcəyini bildirib. O əlində məhkəmə qərarının olduğunu iddia edərək ərazinin ona məxsus olduğunu bildirib. Bu isə sakinlərin etirazına səbəb olub. Onlar sona qədər mübarizə aparacaqlarını və parkın ərazisini iş adamına güzəştə getməyəcəklərini bildiriblər.

Məsələ ilə bağlı musavat.com-un müxbiri hadisə yerində olub. 50-dən çox sakin binanın həyətində toplaşaraq bu qanunsuzluğa son qoyulmasını tələb edib. Qarşı tərəfin nümayəndələrinin də orada olması mübahisənin daha da qızışmasına səbəb olub. Sakinlər böyük bir mikrorayonun əsas parkının hansısa şirkətə satılmasını absurd adlandırıb, iş adamını seçkiöncəsi müddətdə təxribat yaratmaqda ittiham ediblər.

Məhkəmədə işə baxan 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Elçin Məmmədov sakinlərlə söhbətində bildirdi ki, hər iki tərəf prosesə cəlb olunaraq dinlənəcək və daha sonra parkın taleyi ilə bağlı qərar veriləcək.








pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar