Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədi icra nümayəndəsi parkda ağacları qırıb restoran tikdirib - Sakinlər prezidentə müraciət etdi - Fotolar


Xaləddin İbrahimov bir tərəfdə park salır, digər tərəfdə isə parkı sökülməsinə, ağacların qırılmasına icazə verir və sökülən parkın yerində restoran tikilməsinə imkan verir.


Binəqədidə də 80-dən artıq çox illik ağac məhv edilib; Ağacları qıran və yerində testoran tikdirən icra nümaynədəsi İbad İbrahimov Elton Məmmədovun yaxın adamıdır…

Bir qrup Binəqədi rayon sakini Azərbaycan Respublikasının prezidentinə müraciət imzalayıb. 

Binəqədi rayonunun Naxçıvanski küçəsində, ev 24. 25. 25a. 26. 26a. 27. 28. 29 saylı binalarda yaşayan sakinlərin przident İlham Əliyevə etdikləri şikayətdə bildirilir ki, ölkə prezidenti dəfələrlə Bakı şəhərinjə ağacların qırılmasının qarşısının alınmasını icra başçılarından tələb etsə də, bəzi icra başçıları və məmurlar hələ də prezidentin tapşırıq və tələblərini eşitməməzlikdən gəlirlər.

Şikayətçilər bildirir ki, Bakı şəhərində yaşıllığın inkişafına dair Dövlət proqramına zidd olaraq Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun dəstəyi ilə Binəqədi qəsəbə icra nümayəndəsi İbad İbrahimov Naxçıvanski küçəsi ev 24. 25. 25a. 26. 26a. 27. 28. 29 saylı binalardan ailələrin müştərək istifadə etdiyi, ərazisi 700-800 kvm olan parkı dağıdaraq və ağacları  kəsdirərək özəlləşdirib.

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun yaxınadamı, əvvəllər qatar bələdçisi olan, daha sonra Elton Məmmədovun hamiliyi ilə «JEK» müdiri bir müddət sonra isə Binəqədi qəsəbə icra nümayndəsi olan İbad İbrahimov parkda «Qaraj» adlanan ikimərtəbəli restoran tikdirib. Sakinlərin şikayətinə icra hakimiyyətində cavab verən olmayıb. Elton Məmmədovun yaxın adamı olan icra nümayəndəsi isə sakinləri hədələyib və hətta polis vasitəsi ilə onlara təzyiqlər edib. 

Prezidentə şikayət ünvanlayan sakinlər bildirir ki, əvvəllər onların istirahət yeri olan həmin parkda gecə saat 3-ə qədər sərxoş adamlarının səslərindən heç kim rahatlıq tapa bilmir. Üstəlik icra nümayəndəsi hər gün 9 bina sakinini təhqir etməkdən belə çəkinmir. 

Şikayətçilər prezidentə müraciətlərində bildirirlər ki, İbad İbrahimov sanki vərəndaşla ölkə rəhbərliyi arasında bilərəkdan narazılq yaradır. 

Sakinlər bildirir ki, həmin parkda öz əlləri ilə 30-40 il müddətində əkib böyütdükləri 80-dən artıq ağac kəsilib. Və hazırda icra nümayəndəsi yaşıl soyqırımı davam etdirir. Çünki İbad İbrahimov restoranını genişləndirir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az











Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar