Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədi bələdiyyəsinə namizəd Tamilla Qulami kimdir?


125-lər Siyasi Klubunun sədr müavini, Azərbaycan Ümid Partiyasının “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Tamilla Qulami Binəqədi rayonu üzrə bələdiyyə seçkilərində öz namizədliyini irəli sürüb


Tamilla Familqızı Məmmədova (Qulami) 1983-cü ildə doğulub.

Orta təhsilini Bakı şəhər 88 saylı orta məktəbdə alıb.


2001-ci ildə Bakı şəhəri üzrə keçirilən Texniki Fənnlər Olimpiadasında 1-ci yeri tutub.

2001-2005-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin bakalavr pilləsini bitirib. “Muzeyşünaslıq-maddi və mədəni abidələrin qorunması və bərpası” ixtisası üzrə “Münaqişə zonalarında təcavüzə uğramış maddi mədəni abidələrin qorunmasında beynəlxalq konvensiyaların icra prinsipləri” mövzusunda dissertasiya müdafiə edərək 2008-2010-ci ildə magistratura dərəcəsinə yüksəlib. Məktəb və universitetin ictimai həyatında fəal iştirak edib, fəxri fərmanlara layiq görülüb.
Dövrimətbuatda ədəbi, ictimai-siyasi yazıları dərc olunur.

2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi işçi, 2010-2014-cü illərdə Güney Azərbaycan Televiziyasında “Günün səsi” xəbərlər informasiya buraxılışının aparıcısı, 2014-cü ildən “125-lər Siyasi Klubu”nda sədr müavini, Azərbaycan Ümid Partiyasında “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri vəzifəsində çalışır.


2006-cı ildən beynəlxalq tədbirlərdə iştirak edir. “Gənclər siyasətində ictimai vəkillik”, “Beynəlxalq gənclər işi: Müxtəliflik, mədəniyyətlərarası təhsil”, adlı Beynəlxalq təlim kurslarında, 2014-cü ildə Qazaxıstanda Çimkənd şəhərində keçirilən “Türk xalqlarının qurultayı”, Turan şəhərciyinin açılışında, Gürcüstanda keçirilən “Elat Mədəniyyəti Günləri” tədbirində iştirak edib. 2014-cü ilin 13-15 oktyabrında Litva Respublikasının ev sahibliyi ilə Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində III Gənc Liderlərin Akademiyasında“ Siyasətdə gənclərin iştirakı: İmkanlar və perspektivlər” forumunda “Cənubi Qafqaz Birliyi” mövzusuyla çıxış edib, Beynəlxalq Diploma layiq görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar