Dekabrın 20-də Türkiyə Respublikasının Baş naziri Binali Yıldırım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib
“AzərTAc” xəbər verir ki, Baş nazir Binəli Yıldırım abidənin önünə əklil qoyub.
* * *
21:11
Türkiyənin baş naziri Binali Yıldırım Naxçıvana səfər edib.
“Anadolu” xəbər verir ki, Naxçıvan Beynəlxalq HavaLimanında Türkiyənin baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
Binali Yıldırım Heydər Əliyevin abidəsinə çələng qoyub. Bu gün Türkiyə baş nazirinin şərəfinə şam yeməyi veriləcək. Bu, son doqquz il ərzində Türkiyədən Naxçıvana baş nazir səviyyəsində ilk səfərdir.
pia.az