Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bill Gates uşaqlarına smartfon işlətməyi qadağan edib


"Microsoft" rəhbəri və dünyanın ən varlı insanı Bill Qeyts uşaqlarına 14 yaşına qədər smartfon işlətməyi qadağan edib. Bir çox IT şirkətlərinin rəhbərləri də onun kimi edir. Onlar elektron cihazların uşaqların sağlamlığına mənfi təsir edəcəyindən ehtiyat edirlər


Britaniyanın "Mirror" nəşrinə müsahibəsində Qeyts bildirib ki, onun ailəsində sutkanın müəyyən vaxtında cihazlardan istifadə qadağan edilir. Bu, uşaqların vaxtında yuxuya getməsi üçündür. O öz uşaqlarına 14 yaşına atana qədər elektron cihazlardan istifadəni qadağan etdiyini də deyib.

Bill Qeytsin üç övladı var: 20 yaşlı Cennifer, 14 yaşlı Fibi və 17 yaşlı Rory. Elektron cihazlardan istifadə qadağası onların hər birinə qoyulub. Qeytsin sözlərinə görə, o, uşaqlarının smartfonlardan sadəcə faydalı işlər üçün istifadə etməsinə çalışır. Məsələn, ev tapşırıqlarını yerinə yetirmək, yaxud da dostları ilə ünsiyyətdə olmaq üçün.

«Biz masa arxasında yemək yeyəndə mobil telefonlardan istifadə etmirik. Uşaqlarımızın 14 yaşı tamam olana qədər onlara smatrfon verməmişik. Onlar şikayətlənirdilər ki, o biri uşaqların daha erkən yaşda smartfonu olur», - deyə Qeyts bildirir.

Qates ailə üzvlərinin hansı markalı smartfonlardan istifadə etdiyi barədə danışmayıb. Ancaq 2012-ci ildə onun həyat yoldaşı Melinda uşaqlarına “Apple” məhsullarından istifadə etməyin qadağan edildiyini demişdi. «Bizim ailəmizin sərvəti "Microsoft"dan gəlib, pulumuzu niyə rəqibə verək ki?», - o demişdi.

Sonradan Bill Qeytsin özü də bu sözləri təsdiq edərək uşaqlarının “Apple” məhsulları tələb etmədiklərini bildirmmişdi: «Onlar öz “Windows Phone”larından razıdırlar», — o demişdi.

Cənab Qeyts özünün də davamlı olaraq texnologiyanın müsbət və mənfi cəhətlərini ölçüb-biçdiyini deyir.

Vaşinqton ştatının Sietl şəhərində vəkil ata və xeyriyyəçi ananın ailəsində böyüyən Bill Qeyts uşaqlıqda bütün ensiklopediya kolleksiyasını oxuyub bitirmişdi. Təklikdə həddindən çox vaxt keçirdiyinə görə onu hətta psixiatrın qəbuluna göndərmişdilər. 1975-ci ildə Paul Allenlə birlikdə "Microsoft" şirkətini yaratmaq üçün Harvard Universitetində təhsilini yarımçıq qoyan Bill Qeyts personal kompüterləri kökündən dəyişdirdi. 2000-ci ildə Bill və Melinda Qeyts Fondunu yaradandan sonra o, bütün dünyada xeyriyyə məqsədilə milyardlarla dollar pul xərcləyib. Onun bu hərəkəti “Facebook”un yaradıcısı Mark Zükerberq və digər milyarderləri də ilhamlandırıb.

2014-cü ildə “Microsoft”un rəhbəri vəzifəsindən uzaqlaşan Qeyts bütün vaxtını Fonda həsr edir. Onun tarixdə ən böyük xeyriyyəçu olduğu deyilir.

Məlum olduğu kimi, “Apple” şirkətinin yaradıcısı Stiv Cobs da öz uşaqlarını texnoloji qurğularla, o cümlədən “iPad”lə həddindən çox ünsiyyətdə olmaqdan qoruyurdu. Bioqraf Valter İsaaksonun sözlərinə görə, Cobs hər axşam uşaqları ilə masa arxasında kitabları və tarixi müzakirə edirmiş. Heç kəs planşet və kompüterlərdən istifadə etmirmiş.

Bir çox texnologiya şirkətlərinin rəhbərləri də Qeyts və Cobs kimi edir. Məsələn, “3D Robotics” şirkətinin icraçı direktoru Kris Anderson öz evində bütün elektron cihazlardan istifadə vaxtını məhdudlaşdırıb və onlara valideyn nəzarəti tətbiq edib. O gədcetlərlə çox sıx təmasın nələrə gətirib çıxardığını öz təcrübəsində görüb. Anderson hesab edir ki, yeni texnologiyaların təhlükəsi zərərli kontent və asılılıq yaratmaları ilə bağlıdır. ( Azadlıq Radiosu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar