Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bilgəhdəki Qocalar Evində rəzalət yaşanır



"Bilgəhdəki Qocalar Evində yaşayan insanlara qarşı biganə münasibət hökm sürür"


Bu barədə Facebookda “Sancaq” səhifəsinə Gülşən Musayeva adlı istifadəçi məlumat verib və foto göndərib. 

Həmin qeydləri olduğu kimi təqdim edirik:

“Keçən dəfə yığışıb getdik Bilgəhdəki qocalar evinə, onların saçlarını səliqəyə salmağa. Vallah ürəyim açıldı, səhər tezdən avtobus stilistlərlə dolu idi. Hamı belə tədbirdə iştirak etməyi özünə borc bilib gəlmişdi. Ancaq sevincim uzun çəkmədi. 1-2 həftə öncə müdriyyətdən icazə alıb gəldiyimiz vaxt xəbərdar etməyimizə baxmayaraq bizi qarşılayan olmadı… Uzun müddət axtarışdan sonra mətbəxtdə əyləşmiş direktoru tapdığzmız kimi “Salam” sözünun əvəzinə “Bu nədi? Niyə bu qədər adam yığıb gətirmisiniz? Su-zad yoxdu, uzağı kəsin bunların saçlarını gedin, saçlarını boyamaq səliqəyə salmaq lazım deyil!” cümləsini eşitdik…

Əlbətdə ki, özumu irəli verib, “Saçlarını boyamadan, səliqəyə salmadan heç bir yerə gedən deyilik. Lazımdırsa vedrələrlə su gətirib yuyarıq” - dedim. Elə bundan sonra başladı, nə başladı. Demək, biz şükür eləməliyik ki, bizi qapıdan içəri buraxdılar, bunlara lazım deyilmiş bu.

Nə isə, qalxdıq otaqlara. Aman-Aman! İydən otaqlara girmək olmur. Su saatla verilir, o da uzağı bir saat. Bizimki də gətirmədi. Olsun! Vedrə əlimizdə 5-ci mərtəbəyə qalxdıq. Insanlar deyir ki, su yoxdur! Demək 4-cü mərtəbə 5-ci mərtəbəyə su vermir. Bir vaxtdan sonra qırışa-qrırışa su tapdıq. Hansı zamanda yaşayırıq? Ağır xəstələrin otaqlarında su yox. Hələ ağlaya ağlaya üstümüzə qaçan qocaları demirəm...

Belə mənzərə ilə rastlaşmaq dəhşətli idi. Qocalar evinin direktoru hansı işlərlə məşğul olur?! İnanın, orada olan yaşlı insanlar baxışları ilə elə bil yalvarırdılar ki, buradan onları götürsünlər. Belə şəraitdə onlar sadəcə məhv olurlar! Aidiyyatı qurumlar bu ciddi problem ilə niyə məşğul olmurlar?! Yaşlı insanlara belə davranmaq olmaz!”. (ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar