48 yaşlı kişi bud nahiyəsindən xəsarət alıb
Biləsuvar şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin "Aerodrom" adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Şahbazov Mehman Aşurəli oğlu ailədaxili münaqişə zamanı öz həyat yoldaşı tərəfindən bıçaqlanıb.
48 yaşlı kişi bud nahiyəsindən aldığı xəsarətlərlə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az