Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda işgüzar forum keçirilib

Biləsuvar rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib


Noyabrın 23-də  Biləsuvar rayon Aşağı Cürəli kəndində  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və  Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi.

Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, rayonun aidiyyəti  müəssisə rəhbərləri,  bələdiyyə sədrləri, yerli sahibkarlar, iş adamları, bankların və kredit təşkilatlarının,  ictimaiyyətin nümayəndələri, və KİV nümayəndləri  iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə respublikamızda sahibkarlığın inkişafından bəhs edən slayda tamaşa etdilər.

Sonra   Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək respublikamızda sahibkarlığın  inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi  ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda  bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi.Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda  qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən   tədbirlər  bütövlükdə respublikamızın, eləcədə hər bir regionun inkişaf istiqamətlərini, imkanlarını və perspektivlərini müəyyən edir.Hazırda  regionlarda qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər  Biləsuvar rayonunda da öz bəhrəsini verməkdədir. Biləsuvar  həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olmuş, daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınmışdır.M.Quliyev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın inkişafına göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etdi ki, məhz bu qayğının nəticəsidir ki, son illərlə müqayisədə bu il dəfələrlə çox 11351 hektar sahədə pambıq əkilmişdir.Bu günədək sahələrdən 23 min ton pambıq yığılmışdır və hazırda yığım davam edir. Ölkə rəhbərinin
pambıq əkininə əlavə subsidiyanın verilməsi, pambığın qiymətinin artırılması, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi  rayonumuzda pambıqçılığa marağı daha da artırmışdır.Gələn il 15 min hektar ərazidə pambıq əkinlərinin aparılması üçün aqrotexniki işlərə başlanılmışdır.

M.Quliyev rayonda aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə fermerlərə maliyyə və digər köməkliklərin  olunması üçün bundan sonra da müvafiq işlərin aparılacağını bildirdi.

Tədbirdə  İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək respublikamızda bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Biləsuvar rayonunda bu sahədə əldə edilmiş uğurlardan danışdı.O, bildirdi ki, son illər Biləsuvar rayonunda  Fond tərəfindən tutumu 5 min ton olan logistika mərkəzi, İllik istehsal gücü 2.6 min ton quş əti olan quşçuluq təsərrüfatı, illik gücü 18.8 min ton olan  konserv zabodu istifadəyə verilmiş, 200 hektar ərazidə nar bağı salınmışdır.

Ş.Abdullayev çıxışı zamanı sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi, sahibkar-müvəkkil kredit təşkilatları arasında qarşılıqlı əlaqələr, rayonda həyata keçirilməsi məqsədəmüvafiq olan nümunəvi layihələrin hazırlanması istiqamətində atılacaq addımlar barədə ətraflı məlumatlar verdi.

Tədbirdə sahibkarlar və torpaq mülkiyyətçiləri çıxış edərək onları narahat edən məsələlər barədə fikir mübadiləsi apardılar.
Sahibkarlar tərəfindən təklif olunan layihələrin maliyyələşdirilmə imkanları müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə müzakirə edildi.

Sonda Biləsuvar rayonunda kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən “Yaşıl ada” aqroparkına  baxış keçirildi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar