Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda gizir bıçaqlandı


Hüseynli “söhbət” etməyə yollanıb


Avqust ayının 14-də Biləsuvar rayonunun Çayırlı kənd sakini giziri bıçaqlayıb.

Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğunda bildiriblər.

Verilən məlumata görə axşam saat səkkiz radələrində 1992-ci il təvəllüdlü Hüseynli Kamran Kamal oğlu, kənd məktəbinin həyətində 1986-cı il təvəllüdlü Astanov Elşən Təzəxan oğluna iki bıçaq zərbəsi vurub. Astanov, aldığı zərbələrdən yerindəcə dünyasını dəyişib, Hüseynli isə qaçmağa cəhd edib. Amma tezliklə əməliyyatçılar onu saxlayıb.

Məlumdur ki, qətldən bir neçə saat öncə gənclər kənd kafesində bir masa arxasında əyləşib spirtli içki qəbul ediblər. Masa arxasında Hüseynli ona olan kinini xatırladıb. Saxlanılan şəxsin sözlərinə görə, gizir daha öncə onu döyüb. Bu səbəbdən onların arasında münaqişə yaranıb və gənclər məktəbin həyətində söhbət etməyi qərara alıblar.

Hüseynli, mətbəx bıçağını götürərək, “söhbət” etməyə yollanıb. Cinayət aləti tapılıb və əyani sübut kimi istintaq işinə əlavə edilib.

Fakt üzrə istintaq davam edir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar