Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda 8 mart münasibətilə ümumrayon tədbiri keçirildi - Fotolar

Martın 7-də Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi


Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev bayram münasibətilə qadınları təbrik edərək onlara xoş arzularını bildirdi.O, qadınlarımızın respublikamızın ictimai-siyasi, elmi-mədəni inkişafındakı fəal rolundan danışaraq qeyd etdi ki, artıq Azərbaycan xanımları dərin zəkaları və tükənməz potensialları ilə bu gün dövlət idarəçiliyinin ən yüksək pillələrində belə xalqa və cəmiyyətimizə layiqincə xidmət edirlər. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Dövlət qadın siyasətinin Prezidentimiz cənab İlham Əliyev tərəfindən  davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.Azərbaycan Respublikasının birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

M.Quliyev bildirdi ki, rayonumuzda da qadınlarımız bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəlirlər.M.Quliyev bir daha qadınları təbrik etdi və bundan sonra da fəaliyyət göstərdikləri peşələrində uğurlar arzuladı.

Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup  qadınlar qazandıqları uğurlara görə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə  təltif olundular.Tədbirdə 6 mart 2018-ci il tarixdə “Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamla təltif olunmuş Ağayeva Xalidə Böyükxan qızının medalı təqdim olundu.
Çıxış edənlər bayram münasibətilə qadınlarımızı təbrik etdilər və onlara şəxsi həyatlarında və  işlərində müvəfəqiyyətlər arzuladılar.

Sonra  rayon Mədəniyyət işçiləri hazırladıqları konsert proqramı ilə çıxış etdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar