Biləsuvar rayonunda yanğın hadisəsi qeydə alınıb
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Bəydili kəndində vətandaşa məxsus ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli, 7 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın tavanı 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
pia.az