Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvar rayonunun 2 kəndinə içməli su verildi

Martın 9-u Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Biləsuvar rayonunun 2 kəndinə içməli su verildi


Rayonun Xırmandalı kəndində keçirilən tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələr, aparılan abadlı-quruculuq işləri barədə ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə həyata keçirilən layihə nəticəsində rayonun ən böyük kəndlərindən olan Xırmandalı kəndində 9960 nəfər, Bəydili kəndində isə 6750 nəfər əhalinin içməli sudan əziyyət çəkən  sakinlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verməklə, onların içməli suya   olan təlabatını tam ödəyəcəkdir.Bildirilib ki, hər iki kəndə çəkilən içməli xəttinə  su əsasən  Şirvan-Muğan qrup su kəmərinin Biləsuvar şəhərinə daxil olan hissəsindən verilir.Kəndlərə bu məqsədlə 14.2 km uzunluğunda müxtəlif diametrli borular çəkilmişdir.Su kəmərlərindən verilən layihə nəticəsində Xırmandalı kəndində daimi istifadə üçün 52 bulaq, Bəydili kəndində isə 25 bulaq quraşdırılmışdır.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov çıxış edərək bildirmişdir ki, ölkə Prezidentinin imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq nəzərdə tutulan işlər sürətlə  davam etdirilir.Növbəti illərdə   digər kəndlərin də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə araşdırmalar aparılır.

Kənd sakinləri çıxış edərək keyfiyyətli su ilə təminatlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sonda suyun verilməsini göstərən bulağın rəsmi açılışı oldu.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar