Xəbər xətti

24 FEVRAL

0:50 Putin özünü partladan pilotu təltif etdi

0:21 Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi

0:09 “ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır”

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 FEVRAL

23:57 İsveçrədə silahlı insident: 2 ölü

23:49 Ayaz Mütəllibov: “Baş verənlərə görə onlar məsuliyyət daşıyırlar”

23:35 ABŞ-ın Yerusəlimdə səfirliyi bu ilin mayında açılacaq

23:24 Bakıda İran kinosu günlərinin açılışı oldu

23:10 Ağdamda ev yanıb külə döndü

22:58 Qvardiolanın şəxsi təyyarəsində axtarış

22:45 “Hollandiya parlamentinin qərarı İslam düşmənçiliyinin göstəricisidir”

22:34 Məşhur teleaparıcı prezident seçkilərində iştirakını təkzib etdi

22:20 Cəlilabadda üç uşaq anası intihar edib

22:01 Somalinin paytaxtında iki partlayış baş verib, ölən və yaralananlar var - Yenilənib

21:52 Stiven Mnuçin: “Rusiyaya qarşı sanksiyalar üzərində işləyirik”

21:41 Dəməşqdə xəstəxana raket atəşinə tutuldu

21:30 Avropa Liqasında həftənin ən yaxşısı açıqlandı

21:18 Marneulidə bomba həyəcanı yaşanıb

21:10 Avropa İttifaqı Suriya üçün atəşkəs çağırışı etdi

20:59 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır

20:44 “Zidanın yerində olsaydım, Qaretə tam qayğı göstərərdim”

20:29 Bu ölkədə qadınlara maşın sürmək qadağan olundu

20:13 ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

19:54 Novosibirskdə maşın insan kütləsinin yığışdığı yerə girdi - Ölənlər var

19:45 Yaponiya qarışdı: 2 fəal konsulluq binasına atəş açdı

19:40 Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

19:26 Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb

19:20 “Seçkilərdən sonra Qarabağla bağlı danışıqlar intensivləşdiriləcək”

19:14 Ərdoğan: Bu yay Suriyadakı terrorçular üçün çox “isti” olacaq

19:06 Cəbhədə erməni hərbçisi yaralandı

18:56 Şəhriyar Məmmədyarovdan iddialı sözlər: “Tam başqa olacam”

18:50 Aqrar sahənin texniki təminatının gücləndirilməsinə 160 milyon manat ayrılıb

18:43 Prezident sosial müavinətlərin məbləğini 10 faiz artırıb

18:37 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

18:30 Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atılıb

18:23 Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi

18:15 “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

18:10 Cəlilabadda qadın naməlum şəxslər tərəfindən döyülüb

18:04 “Azercell” insan qaynaqları sahəsində yüksək beynəlxalq sertifikata layiq görülüb

18:01 Moldova prezidenti Azərbaycana gələcək

18:00 Ağıllı telefon satışı azalıb

17:55 Aida Qəmbər: “İsa Qəmbərin səhhəti qaydasındadır”

17:50 Babək prospektində su xətlərinin çəkilişi mayda bitəcək

17:44 İnək futbolçunu zədələdi

17:39 Rusiya 200-dən artıq yeni silah növünü sınaqdan keçirib

17:34 Özbəkistanda keçmiş baş prokuror həbs olunub

17:28 “Azərbaycan üçün strateji valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb edir”

17:22 Türkmən qadınlara avtomobil sürmək qadağan olundu

17:12 Yaponiyada Şimali Koreya vətəndaşlarına hücum edildi

17:09 Vaşinqton: “Türkiyə ilə münasibətlərimizdən əminik”

17:04 Spirtli içkinin yeni təhlükəsi aşkarlandı

16:58 Niderland səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırıldı

16:53 Vitali Kliçkoya Bakıda ev hədiyyə edilməsi xəbəri təkzib olundu:

16:48 Cavan qan qocalığı dayandırır

16:42 Axtarışda olan biznesmen həbs edilib

16:38 “Öz oyunu”nu oynayan Almanya - Təhlil

16:35 Deputat: “Piyadalara qarşı cəzalar sərtləşdirilməlidir”

16:32 Bakıda intihar etmək istəyən gənc komaya düşüb

16:27 Gələn il FED uçot dərəcəsini daha çox artıracaq

16:22 Kadir İnanır əməliyyata hazırlaşır

16:18 Deputat Universitetə torpaq ayrılmasını təklif edib

16:14 Qazaxıstanlı nazir: “İndi bizə bütün Azərbaycan borcludur”

16:10 Mehriban Əliyeva: “Biz bu tarixi irsə çox diqqətlə yanaşırıq”

16:06 Leyla Şıxlinskayanın işçisi: “Maaşı əllə alırdıq”

16:01 Günün matçlarını yayımlayacaq kanallar - Siyahı

15:56 Tbilisidə Sorosun müqəvvası yandırılıb

15:54 “İdeal” mağazalar şəbəkəsinə 23 fevral sitəmi

15:52 Azərbaycanda internet istifadəçilərinin 66%-i spamla qarşılaşır

15:49 Rus polis azərbaycanlı qadını döydü

15:45 Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək

15:42 Azərbaycanda tələbələrə təhsil kreditinin ayrılması mümkün olacaq?

15:41 Yaponiyada səfirliyə od vurdular

15:37 Bakıdakı həkimlər rayonlara ezam olunur - Səbəb

15:33 İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirildi

15:29 Nazir və generala ağır itki

15:24 Azərbaycanda yeni medal təsis edilib

15:18 “Bitcoin”lər pulsuz satıldı

15:15 Bakıda 24 mindən çox uşaq 1-ci sinfə qəbul olunub

15:11 Hüsnü Mahalli: “Türkiyə Əsədlə razılığa gəlsə, hər şey həll olunar”

15:07 Azərbaycanda standartlaşdırma üzrə milli proqram hazırlanacaq

15:01 Tələbə ailəsinin qətlini sifariş verdi

14:56 Rusiyalı jurnalistin adı XİN-in “qara siyahı”sından çıxarılıb

14:53 Tramp Koreyaya gedib

14:49 Bakıda 10 evi su basdı

14:45 Səbail rayonunda Xocalı faciəsinin ildönümü anılıb

14:42 “Vəkillərin sayını Avropa standartlarına çatdırmaq lazımdır”

14:37 XİN-dən Niderland parlamentinə etiraz

14:33 Avroliqada irqçilik qalmaqalı

14:29 Əli Hüseynli: “1500-ə yaxın şəxs həbsdən azad ediləcək”

14:25 “Mən varam” deyən və insanları etiraza təhrik edən “şeytan”

14:20 Sərnişin və yük daşımaları ilə bağlı dəyişikliklər təsdiq olundu

14:16 Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

14:11 Deputatdan soyadların milliləşdirilməsi barədə növbəti təklif

14:08 Deputat quzuların kəsilməsinə qarşı çıxdı

14:05 Şərqi Qutada Əsəd, Rusiya və İran terrorunun dəhşətləri öz zirvəsinə çatıb

14:02 Sabahın hava proqnozu

13:59 Dopinq qalmaqalı: İdmançılarımızın medalları geri alına bilər

13:54 Ərdoğan Pentaqon rəsmisini əxlaqsız adlandırdı

13:49 Gömrükdə ov bıçağı müsadirə edildi

13:45 Nura Suri: “Qadın belə xəyanətkar olmaz”

13:42 Spiker: “Azərbaycanda böyük əfv gözlənilir”

13:38 Ermənilərin Xocalı faciəsi

13:34 “Alpinistlərin tapılması üçün bütün vasitələr səfərbər olunub”

13:30 Sabiri necə tənqid etməli?

13:26 Qaçırdığı maşınla arvadını və uşaqlarını yasa apardı

13:21 Səməd Səmədov: “24 yaşında oğlum dünyasını dəyişib”

13:17 Allahşükür Paşazadə Vyanaya gedir

13:13 Ayaz Mütəllibov: “Xocalını çəkməyi Çingizə mən tapşırdım”

13:11 Abid Şərifov: “Nazirlər Kabineti 25 nəfəri ölümdən xilas etdi”

13:08 Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”

13:05 Anası ölən uşaqdan niyə utanırdım

13:01 Vətəndaşlarının bir ildə aldığı dolların həcmi açıqlanıb

12:58 “Neftçi”nin ermənisi: “Bakı üçün darıxıram”

12:54 Dünyanı qarşıdakı 10 ildə gözləyən təhlükələr

12:50 Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək

12:46 İlham Əliyev: “Ölkəmizdə yeddi yeni aeroport inşa edilib”

12:43 Oqtay Əsədov Fəttah Heydərovu təbrik etdi

12:38 Tacir Şahmaloğlu Fədayə Laçından danışdı

12:35 Bakıda 1 yaşlı uşağın qarnına mil batdı

12:30 “Mehriban Əliyeva ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirib”



ÖLKƏ

...

Biləsuvar rayonunda 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi

Tarix 12.02.18, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


12 fevral 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi


Hesabat iclasında  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.

İştirakçılar Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.

Yığıncaqda birinci məsələ olan Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  ötən 2017-ci ildə rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.

M.Quliyev bildirdi ki, rayonumuzda   2017-ci  ildə sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər,  o cümədən dövlət başçısının rayonumuz üçün ənənəvi sahə olan pambıqçılığın  inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr  uğurla həyata keçirilmişdir.

Rayon üzrə 2015-ci ildə  əkilən 3095 hektar sahədən 6362 ton, 2016-cı ildə  6040 hektar sahədən 12062 ton pambıq toplansa da, 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və  24762.0 ton məhsul toplanmışdır. Məhsul yığımına görə rayonumuz respublikada ikinci olmuşdur. Məhsulun becərilməsi və toplanması dövründə  20 minə yaxın insanın məşğulluğu təmin olunmuşdur ki, bunun da nəticəsində əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir.Pambıqçılıq sahəsində respublika üzrə əldə olunan nailiyyətlərdə qazandığı əmək uğurlarına görə  rayonun Aşağı Cürəli kəndindən olan fermer  Fazil Hüseyn oğlu Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci  təsərrüfat ilində kənd təsərrüfatının inkişafında xidmətlərinə görə  I dərəcəli “Əmək  ordeni” ilə təltif edilmişdir. 2018-ci ildə qarşımızda pambıq əkinlərinin daha da genişləndirmək kimi şərəfli və məsuliyyətli vəzifələr durur. Məlumat üçün bildirirəm ki, hesabat gününədək mülkiyyətçilərlə emal müəssisələri arasında 8 min hektar pambıq əkininin müqaviləsi artıq  bağlanmış, 6 min  hektar sahədə şum işləri aparılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Yeni yaradılmış “Yaşıl ada” Aqroparkında ötən dövrdə 10 min tonluq anbar və ofis binası tikilmiş, 8 km elektrik xətləri çəkilmiş, transformator quraşdırılmış,10 km-lik suvarma kanalı lildən təmizlənmiş,  6 km uzunluğunda çınqıl örtüklü yol çəkilmiş və 5 ədəd kənd təsərrüfatı texnikası  alınmışdir. Hazırda 6,5 km beton kanalın çəkilişi işləri aparılır. Bu il aqroparkda min hektar ərazinin  suvarılmasında müasir suvarma sistemi olan pivotların quraşdırılması nəzərdə tutulmuşdur. Həmçinin  3500 hektar ərazi üçün 21 km elektrik xətlərinin çəkilməsi üçün sənədləşmə işləri aparılır. 2017-ci ildə aqroparkda  435 hektar pambıq, 65 hektar buğda, 400 hektar qarğıdalı bitkisi əkilərək becərilmişdir. Hazırda həmin ərazdə 530 hektar sahədə  buğda, 764 hektar sahədə isə arpa əkilmişdir. Bu il əlavə olaraq 300 hektar pambıq, bir o qədər sahədə qarğıdalı, 50 hektar soya və 50 hektar günəbaxan bitkisinin əkilməsi nəzərdə tutulmuşdur.

 “Aqroinvestment GreenFirm” MMC adlanan və  5000 hektar ərazini əhatə edən ikinci aqroparkda isə suvarma məqsədilə Araz çayından 54.2 km-lik qolun tikintisinin birinci hissəsi başa çatmış, hazırda kanalda beton üzlük çəkilişi işlərinə başlanılmışdır. 2018-ci ildə aqroparkda 450 hektar buğda və hər birindən 50 hektar olmaqla qarğıdalı, yonca, günəbaxan, şəkər çuğunduru və bostan məhsullarının əkilməsi nəzərdə tutulmuşdur.2017-cı ildə  rayon üzrə mülkiyyətçilər tərəfindən 22.6 min hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. Taxıl sahələrindən 79.8 min ton məhsul əldə edilmişdir. 2018-ci ilin məhsulu üçün isə 2017-cı ilin payızında   26.2 min hektar taxıl əkilmiş, bunun da 14.1 min hektarı bugda, 12.1 min hektarı isə arpa olmuşdur. Ötən 2017-ci ildə rayon üzrə iri buynuzlu mal-qara  41.3 min baş, xırda buynuzlu mal-qara   isə  138.9  min baş təşkil etmişdir.

Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi  289.8 milyon manat olmuşdur ki, məhsul buraxılışının həcmində də kənd təsərrüfatının payı 111.6, ticarətdə 79.2, tikintidə 53.6, sənayedə 41.8, nəqliyyat və rabitədə 3.5 milyon manat təşkil etmişdir.

2017-ci ildə  əsas  kapitala yönələn  investisiyalar  59  milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 237 milyon manat təşkil etmişdir. 1 yanvar 2018-ci il tarixə rayon əhalisinin sayı 102 min 400 nəfər olmuşdur ki, bu əhalinin də təqribən 47 min nəfəri iqtisadiyyatın müxtəlif sahələrində çalışanlardır. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2830 manat, orta aylıq əmək haqqı isə 295.4  manat olmuşdur. Hesabat dövründə  rayon üzrə əhalinin gəlirləri 333.3 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 3255 manat olmuşdur. 2017-ci ildə  rayon üzrə  125  fərdi  yaşayış evi tikilmişdir. Məşğulluq Mərkəzi vasitəsi ilə 13 ailə özünüməşğulluq proqramları üzrə işə cəlb olunmuş, onlara 61 min manatlıq istehsal vasitələri verilmişdir.

2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə  9.7 milyon manat, sənaye üzrə 2.1 milyon manat  investisya cəlb olunmuşdur.Bundan əlavə, ötən il “Aqropark Yaşıl Ada” MMC-yə  1.2 milyon manat, digər xidmət sahələri üzrə isə 1.8 milyon manat investisya  cəlb olunmuşdur.Özəl investisiyaların cəlb edilməsi rayonun iqtisadiyyatının inkişafına,  əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsininə xüsusi təkan vermişdir.  Bunun da nəticəsində 400-dən  çox daimi iş yeri yaradılmışdır.2017-ci ildə “Muğan düyü” MMC rayonumuzda 1200 hektar torpaq sahəsini icarəyə götürmüş, yeni istehsal sahələrinin yaradılması məqsədilə  320 hektar sahədə çəltik, 100 hektar sahədə qarğıdalı və bir o qədər  sahədə pambıq əkmişdir. MMC üzrə hazırda 100-ə yaxın  vətəndaşımız işlə təmin olunmuşdur. Rayonumuzda yeni fəaliyyətə  başlamış müəssisə  “Azərtoxum” MMC   500 hektar sahədə qarğıdalı əkini aparmışdır. Bundan əlavə 11 istixana fəaliyyətə başlamışdır. 

2017-ci ildə rayonda sahibkarlığın inkişafına kömək məqsədilə   Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 62 sahibkara 1 milyon  manat kredit verilmişdir. Hesabat dövründə görülmüş işlər nəticəsində rayonda  2647  yeni iş yeri açılmışdır.

2017-ci ildə rayonumuzda tikinti və abadlıq sahəsində xeyli işlər ğörülmüşdür. Ələt-Astara mağistral avtomobil yolunda 546,8 min manatlıq, Biləsuvar-İran sərhəddi magistral avtomobil yolunda 72,7 min manatlıq    yol təmir işləri aparılmışdır. Əliabad kəndinin mərkəzi küçəsində 2,0 km yol asfaltlaşdırılmışdır.Hazırda  Bayraq Muzeyi və Gənclər Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir.“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Zəhmətabad kəndində yerləşən su anbarından  rayonun Bəydili və Xırmandalı kəndlərinə yeni su xətti çəkilmiş, Bəydili kəndində 25 ədəd, Xırmandalı kəndində isə 52 ədəd bulaq tikilib istifadəyə verilmişdir. Şəhər ərazisində kanalizasiya sisteminin tikintisi davam etdirlir.  Həmçinin  kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə salınmış ümumilikdə 4,5 km uzunluğunda şəhərdaxili yollara asfalt-beton örtük döşənmişdir. 830 kvadrat metr sahədə asfalt-beton örtüyün təmiri işləri aparılmışdır. Hal-hazırda küçələrin asfaltlaşdırılması və təmiri işləri davam etdirilir.20,5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 15,4 km olan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun tikintisinə başlanılmışdır.Rayonda elektrik təsərrüfatının yaxşılaşdırılması məqsədilə ötən il 19 km yeni SİP kabel, 7.2 km məsafədə 10 KV-luq  hava verilişi xətti çəkilmiş, 31 ədəd  yeni elektrik transformatoru quraşdırılaraq istismara verilmişdir. 

2016-2017-ci tədris ilində rayonumuzun ümumtəhsil məktəblərini bitirmiş  742 nəfər məzundan 439 nəfəri ali məktəbələrə  sənəd vermişdir. Onlardan  233  nəfəri müvəffəqiyyətlə imtahan verərək tələbə adını qazanmışdır. 20 nəfər məzun 600-dən, 46 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Bundan başqa, ümumtəhsil məktəblərinin 3 nəfər şagirdi Respublika fənn olmpiadasında 2 qızıl, 1 bürünc medal qazanmışdır.

Rayonun 6 kəndində müasir tələblərə cavab  verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi, göstərilən  tibbi xidmətin   keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynamışdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq  rayonumuzda əhalinin tibbi müayinədən keçirilməsi işi ötən il  mütəşəkkil qaydada təşkil edilmişdir. Belə ki, 64062 nəfər tibbi müayinədən keçmişdir. Əhalinin növbəti il üçün tibbi müayinədən keçirilmə işlərinə cari ilin fevral ayının 10-dan başlanılmışdır.

2017-ci ildə  rayonumuzda idmanın və bədən tərbiyəsinin kütləvi hal alması üçün  bir çox  işlər görülmüşdür ki, bu da gənclərimizin hədsiz sevincinə səbəb olmuşdur.  İl ərzində rayonda mövcud olan İdman Kompleksindən,stadionlardan, sadə idman qurğularından səmərəli istifadə edən gənc idmançılarımız müxtəlif turnir və yarışlarda fəal iştirak edərək yeni-yeni nailiyyətlərə imza atmışlar. Rayonda gənclər və idman sahəsində əldə olunan uğurlar bizi sevindirir.

Rayonun Çaylı kəndində 9600 yerlik inkubator sexi  istifadəyə verilmişdir. Bağbanlar kəndində 9670 metr şor kolllektor lildən təmizlənmiş, Ağayrı kəndində isə 14.8 km kənddaxili yollar qeyri-hökumət təşkilatının köməkliyi ilə qum-çınqılla təmir edilərək abad vəziyyətə gətirilmişdir.

Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı niqtindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayon İcra  Hakimiyyətinin geniş tədbirlər planı hazırlanmışdır. 
Tədbirlər planında  Biləsuvar şəhərində və ayrı-ayrı kəndlərdə yeni salınmış yaşayış massivlərinin qazlaşdırılmasının başa çatdırılması, rayonun elektrik təsərrüfatının yenidən  qurulması, yeni salınmış məhəllələrin tam elektrikləşdirilməsi,  rayonun 6 kəndində modul tipli sudurulducu  qurğularının tikilməsi, əlavə su xətlərinin çəkilməsi, şəhərdaxili, kənddaxili və kəndlərarası yolların təmiri və tikintisi, Sənaye məhəllələrinin yaradılması  məqsədi ilə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. 

Bundan əlavə əkin torpaqlarının şoranlaşmasının qarşısının alınması məqsədi ilə şor kollektorların lildən keyfiyyətli təmizlənməsinin aparılması, həmçinin  suvarılmayan torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması, pivot sistemlərinin qurulması və genişləndirilməsi, pambıqçılığın inkişafının dəstəklənməsi, bu istiqamətdə əlavə işlərin görülməsi, rayonda taxılçılığın, tərəvəzçiliyin, heyvandarlığın inkişafının dəstəklənməsi,  ailə fermer təsərrüfatlarının yaradılması, yerli turizmin inkişafı və digər məsələlər tədbirlər planında öz əksini tapmışdır.
Cənab Prezident tərəfindən növbəti beş il üçün dövlət proqramının hazırlanması barədə verdiyi tapşırıq isə bir daha göstərir ki, regionlarımız bundan sonra da abadlaşacaq, sosial infrastruktun yenilənməsi daim diqqət mərkəzində olacaq, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni-yeni iş yerlərinin yaradılması qarşıda duran əsas vəzifələrdən olacaqdIr.

Ölkə başçısının proqram  xarakterli çıxışını rəhbər tutaraq   2018-ci ildə və sonrakı illərdə də rayonumuzun sosial-iqtisadi inkişafını təmin edən tədbirlərin həyata keçirilməsini təmin edəcəyik.

Hesabat iclasında Biləsuvar rayon Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, rayon Səhiyyə şöbəsinin müdiri Nizami Mehdizadə, rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov və ağsaqqallardan Akif Kazımov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.

Hesabat yığıncağında Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov çıхış еdərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rеspublikаmızda ötən 2017-ci ildə görülən işlər  barədə ətraflı məlumat verdilər, cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ölkəmizin inkişafı ilə bağlı 2018-ci ildə qarşıya qoyulan hədəfləri açıqladılar.

  Sonra Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü  ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin tədbirlər planının təsdiqi barədə olan ikinci məsələ müzakirə edilərək qəbul olundu.

Sonda rayonun ictimai-siyasi həyatında xidmətləri ilə fərqlənən insanlar təltif olundular. Ölkə başçısının 21 iyun 2017-ci il Sərəncamına əsasən təltif olunmuş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının köməkçisi Pöhran Şahbazova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və rayon Veteranlar Təşkilatının sədri Məhərrəməli Kazımova “Veteranlar həmrəyliyi” medalı təqdim olundu.











pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ÖLKƏ

design-img

Vernisaj

Prezident sosial müavinətlərin məbləğini 10 faiz artırıb

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru