Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin saytının təqdimatı keçirildi

Oktyabrın 20-də Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin saytının təqdimatı keçirildi


Tədbirdə çıxış edən Mədəniyyət və Turizm  nazirliyin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bilasuvar.mctgov.az saytı haqqında məlumat verdi. 

Bildirdi ki, saytda regional idarənin əhatə etdiyi rayonların (Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl) mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əksini tapıb. Saytda həmçinin regionda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı məlumatlara geniş yer verilib.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 29 mart 2016-cı il sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin daha da təkmilləşdirməsinə xidmət etdiyini dedi. Bildirdi ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizin mədəniyyət və turizminin təbliği genişləndirilməlidir.

Diqqətə çatdırıldı ki, nazirliyin regional idarələri üzrə ilk sayt təqdim olunur. İlin sonuna kimi bütün regional idarələrin saytları istifadəyə veriləcək.

Təqdimat mərasimində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev saytın kollektivini təbrik edərək, fəaliyyətlərində uğurlar arzuladı və bu istiqamətdə görülən işlərin daha da yaxşılaşdırılması üçün tövsiyyələrini verdi.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar