Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləcəri bələdiyyəsində “hesabat” qalmaqalı


Biləcəri bələdiyyə sədri İlham Xəlilovdan satılan torpaqların hesabatını tələb edən bələdiyyə üzvləri sədr tərəfindən təhdid edilib


Biləcəri bələdiyyəsində bələdiyyə üzvlərinin sədrdən hesabat tələb etməsi aləmi qarışıdırıb; İlham Xəlilov 2009-cu ildən üzü bəri satdığı 246 ha bələdimyyə torpağının hesabatını verməkdən imtina edib…

Bələdiyyə seçkilərinin yaxınlaşması bələdiyyələrin daxilində qalmaqalla müşayət olunur. Belə qalmaqallardan biri bir neçə gün öncə Biləcəri Bələdiyyəsində baş verib.

PİA.AZ-a bu barədə Biləcəri bələdiyyəsindən daxil olan məlumata görə bələdiyyə sədri İlham Xəlilov bələdiyyə üzvləri ilə hesablaşmaması ciddi qalmaqala yol açıb. 

Xatırladaq ki, Biləcəri bələdiyyəsinin 750,56 ha balansında torpaq var. İlham Xəlilov bələdiyyə sədri seçildiyi 2009-cu ildə bələdiyyənin 246 ha boş torpağı olub. 

Mənbənin sözlərinə görə bu gün Biləcəri bələdiyyəsinin balansında 1 sot da boş torpaq sahəsi yoxdur. Bələdiyyə üzvləri ilə İlham Xəlilovun arasında qalmaqalın yaranmasına səbəb də bu torpaqların aqibətinin araşdırılması zamanı baş verib. Bələdiyyə üzvləri 246 ha torpaq sahəsinin kimlərə satıldığını hesabatını İlham Xəlilovdan soruşan zamanı, bələdiyyə sədri hesabat verməkdən imtina edib. Bundan sonra bələdiyyə üzvlərini hədələyən İlham Xəlilov ona qarşı çıxan üzvlərin qarşıdakı seçkidə seçilməyəcəyini bəyan edib. 

Məlumatda göstərilir ki, İlham Xəlilov bələdiyyə üzvlərinə “Mənim əlim hər yerə çatır”, deməklə onları təhdid edib. Mənbənin sözlərinə görə bələdiyyə sədri özünə məxsus “Nəqliyyatçılar” parkında tikilməkdə olan böyük ticarət mərkəzinin ona məxsus olmadığını deməsi, mübahisələri daha da qızışdırıb. 

PİA.AZ-a Biləcəri bələdiyyəsindən verilən məlumata görə İlham Xəlilov yüksək rütbəli generalın adından istifadə edərək 56 ha torpağı mənimsəyib. Mənbə iddia edir ki, İlham Xəlilov bu torpaqları millət vəkili, İlzam Xəlilovun himayədarı Hacı Madər Musayevlə birgə özəlləşdirib. Həmçinin qeyd olunur ki, İlham Xəlilov millət vəkilinin adından istifadə edərək özü üçün Biləcəridə 10 yaxın mağaza inşa etdirib.


Məlumatda qeyd olunur ki, Biləcəri bələdiyyəsində aparılan islahatlar adı ilə İlham Xəlilov 2009-cu ildə öz adamlarını vəzifəyə gətirib. İlham Xəlilov Bələdiyyə sədri seçildikdən sonra öz yaxın adamlarını bələdiyyənin 5 daimi komissiyasına sədr seçdirib. İlham Xəlilov komissiya sədrlərinin köməkliyi ilə 56 ha torpağı sənədləşdirməyi bacarıb. Xatırladaq ki,Biləcəri Bələdiyyəsinin sədr müavini Amil Tağıyevində İlham Xəlilovun yaxın adamı olduğu bildirilir.

Daxil olan məlumatda göstərilir ki, İlham Xəlilovun  keçən 5 il ərzində bir dəfə də hesabat verməməsinə qəzəblənən bələdiyyə üzvləri bu barədə hətta icra başçısına şikayət məktubu da ünvanlayıblar. Şikmyətdə son illər ərzində Biləcəridə aparılan tikinti quruculuq işindən İlham Xəlilovun milyonlarla manat vəsait mənimsədiyi də qeyd olunub. 

PİA.AZ-ın əməkdaşının Biləcəridə apardığı araşdırma zamanı isə, Biləcəri qəsəbə sakini  Əzizağa Məmmədov evinin məhz bu abadlıq işini qurban getdiyini bildirir. Ə.Muradov bələdiyyə sədri tərəfindən 1968-ci ildə tikilən evinin söküldüyünü və bu günə qədər ona ev tikmək üçün heç bir kompensasiya verilmədiyini iddia edir.  Əzizağa Muradov əməkdaşımızla söhbətində bu günə qədər İlham Xəlilovun qəbulunda dəfələrlə olduğunu bildirsədə hələ də ona catacaq pulu almadığını bildirib:

“2013-cü ildə evim söküldü. Mənə bələdiyyə sədri bildirdi ki, evim əsas yola düşdüyü üçün sökülür. Buna görə mənə 6 sot torpaq sahəsi ayrıldı. Ev tikmək üçün 30 min AZN pul verəcəklərini desələr də bu günə qədər cəmi 10000 azn ala bilmişəm. İlham Xəlilov məni aldadır, bu günə qədər pulumu ala bilmirəm. Elə buna görə 1 ildir ki, kirayədə yaşayıram”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar