Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər”


Hazırda insanlar arasında revmatizm xəstəlikləri olduqca geniş yayılıb


 Başda oynaqlar olmaqla əzələlər, oynaq bağları və onurğa kimi hərəkəti təmin edən toxuma və orqanlar xəstəlikdən təsirlənir. Ürək-damar sisteminə təsir edən revmatizm əlamətini bəlli etmədiyi üçün həyati təhlükə yarada bilər.

Ailem.az türkiyəli revmatoloq Şenol Kobakın revmatizmlə bağlı açıqlamalarını təqdim edir.

- Revmatizm nədir?

- Revmatizm ürək-damar sistemini, oynaqları və bəzi digər orqanları zədələyən infeksion-allergik xəstəlikdir.

- Kimlər revmatizm xəstəliklərinə tutula bilər? Müəyyən bir yaş həddi varmı?

- Revmatizm xəstəlikləri uşaqlıq yaşı da daxil olmaqla hər yaşda görülə bilər. Gənc kişilərin və ya reproduktiv sağlamlıq yaşındakı qadınlarla bərabər, yaşlılarda degenerativ ağırlıqlı revmatizm xəstəlikləri də görülür.

- Genetik yolla keçməsi mümkündürmü?

- Bəli, bir çox revmatizm xəstəlikləri genetik keçə bilər. Bəzi genlərin varlığında xəstəliyə meyllilik artır və xəstəlik daha ağır keçir.

- Hansı şikayətlər olduqda revmatizmdən şübhələnmək lazımdır?

- Revmatizm xəstəlikləri çox geniş və fərqli əlamətlərlə özünü göstərə bilər. Hər nə qədər ağrı şikayəti ön planda olsa da, bu, aysberqin görünən tərəfidir. Ümumilikdə oynaqlarda ağrı, şişlik, hərəkət pozuqluğu kimi əlamətlərlə özünü göstərir.

- Hansı şikayətlər olduqda həkimə müraciət etmək lazımdır?

- Ağrı xəstəni həkimə gətirən ən əhəmiyyətli şikayətdir. Gənc oğlanlarda yaranan səhər tutulmaları ilə birlikdə bel, kürək və boyun ağrıları olduqda revmatizmal bir xəstəlik var deyə düşünülməlidir. Gənc, orta yaşlı qadınlarda kiçik oynaqlarda ağrı, şişlik və səhər tutulması da görülə bilər. Bununla bərabər ağız və göz quruluğu, dəri tökülməsi, ağız və genital nahiyədə çatlar, əl və ya ayaq barmaqlarda ağarma, saralma və göyərmə, dəri sərtliyi, saç tökülməsi, gücsüzlük, təkrarlanan qızdırma, qarın və ya sinə ağrıları da görülə bilir.

- Revmatizm xəstəlikləri sadəcə oynaqlarda olur, yoxsa daxili orqanlar da revmatizmə tutula bilər?

- Bəli, revmatizm xəstəlikləri həyat üçün təhlükəli daxili orqan (ürək, ağciyər, böyrək, sinir sistemi) tutmaları da yarada bilir. Nəfəs darlığı və ya quru öskürək ağciyər tutmasının ilk simptomları ola bilər. Sinə ağrısı, ürək döyünmə ürək tutmasının əlamətləridir. Sidikdə rəng dəyişikliyi, hipertəzyiq böyrək çatışmazlığına qədər gedən böyrək tutması görülə bilər. Həmçinin baş ağrısı, unutqanlıq, epilepsiya və ya əl və ayaqlarda uyuşma, gicişmə, gücsüzlük sinir sistemi tutmasının bəzi əlamətləridir.

- Revmatizm xəstəlikləri şikəstlik yaradarmı?

- Ən sıx rastlanan revmatizm xəstəliklərinin cəmiyyətdə görülmə faizi 100-də 1-dir. Revmatizm xəstəlikləri fərqli formalara və proqnoza sahibdir. Bu formaları bəlli edən faktorların içində xəstəliyin tipi, erkən diaqnoz və müalicə ilə bərabər xəstəni maarifləndirmək gəlir. Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər.

- Revmatizm xəstəliklərinin diaqnozu necə qoyulur?

- Erkən diaqnoz revmatizm xəstəliklərində çox əhəmiyyətlidir. Burada ən əhəmiyyətli məqam xəstənin müayinəsidir. Qan və sidik analizi ilə bərabər ultrasonoqrafiya, kompüter tomoqrafiyası da lazım ola bilər.

- Revmatizm xəstəliklərinin müalicəsi mümkündürmü?

- Revmatizm xəstəlikləri xroniki, inflamatuar xəstəliklərdir. Müalicədəki məqsəd sadəcə xəstəliyi idarə altına almaq deyil, xəstələrin funksional vəziyyətini və həyat şəraitini də artırır. Son illərdə yaranan müalicə seçimləri ilə bu hədəflərə böyük bir səviyyədə yetişmək olur. Revmatizm xəstəlikləri ağrıkəsici dərmanlarla deyil, xəstəliyin formasını və proqnozunu dəyişdirən, təməl təsirli dərmanlarla olmalıdır. Hədəf sadəcə ağrını deyil, xəstəliyi idarə altına almaqdır. Son 10 ildən bəri revmatizm xəstəliklərinin müalicəsində, müəyyən irəliləyişlər olub. Bu xəstəliyin yaranmasına səbəb olan bəzi molekullar kəşf edilmiş və buna uyğun dərmanlarla xəstəliyin nəzarət altında tutulması mümkün olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar