Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi ölkələrdə əhalinin qocalması iqtisadiyyata təhlükə yaradır!


PİA.AZ «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, bu ölkənin kredit qabliyyətliliyinə yönəlik risklər əhalinin qocalması və pensiya sisteminə artan yükün təsiri səbəbindən yüksəlir


Bu barədə çərşənbə axşamı «Standard & Poor’s» agentliyinin «Suveren reytinqlər» istiqamətinin böyük direktoru Frenk Hill bəyan edib. Xəbəri «Rambler News Service» portalı yayıb.

«Biz görürük ki, Braziliya, Rusiya, Argentina və Ukrayna elə ölkələrdir ki, demoqrafik situasiya nəzərə alınmaqla, onlar bu parametrə (əhalinin qocalmasına – red.) xüsusilə həssasdırlar. Bu dövlətlər artıq qocalmış əhalinin əhəmiyyətli və daim artan faizi ilə üzləşiblər» – deyə, Hill qeyd edib.

Bu amil inkişaf etmiş iqtisadiyyata malik ölkələr, məsələn, İspaniya və Almaniya üçün də əhəmiyyət kəsb edir.

Ukrayna artıq büdcə yükünü azaltmağa başlayıb: «Ukrayna üçün bizim analizdə pensiya sistemində islahatların aparılması istiqamətindəki son təklifləri, o cümlədən, pensiya yaşının qaldırılmasını da nəzərə almışıq. Bu təkliflər hazırda hökumət tərəfindən öyrənilir. Ukrayna bunun üzərində ciddi şəkildə işləyir ki, dövlətin himayə əmsalını aşağı salsın».

Mayın 5-də sabiq maliyyə naziri, strateji layihələr mərkəzi Şurasının sədri Aleksey Kudrin pensiyaçıların sayının 9 faiz (və ya 3,87 milyon nəfər) azaldılmasını təklif edib. Rusiyada pensiya yaşının artırılmasının bir neçə variantı müzakirə olunur. Bununla bərabər, bu mövzu üzrə hələlik prinsipial qərar qəbul olunmayıb.

2015-ci ildə Rusiyada kişilər arasında gözlənilən ömür uzunluğu 66 il, qadınlar arasında 77 il təşkil edib. Bu ölkədə hazırda kişilər 60 yaşında, qadınlar isə 55 yaşında pensiyaya çıxırlar.

Xeyli düşündürücüdür ki, Azərbaycanda əhali arasında orta ömür uzunluğu Rusiyadakından aşağı olsa da, kişilər üçün pensiya yaşı 65 ilə (qadınlar üçün 63 ilə) qaldırıldı. Məgər bu, ölkənin kredit qabiliyyətliliyinə və iqtisadiyyatına mənfi təsir göstərməyəcək?!


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar