Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq sərnişin daşımaları ucuzlaşır



Martın 30-dan etibarən beynəlxalq sərnişin daşımalarında tariflər 35 faiz aşağı salınacaq


Ans press-in “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması üçün "Rusiya Dəmir Yolları" ASC-yə və Gürcüstan Dəmir Yollarına müraciət edilib.

Danışıqlar nəticəsində "Rusiya Dəmir Yolları" ASC ilə "Azərbaycan Dəmir Yolları" QSC arasındakı ikitərəfli razılığa əsasən, sərnişindaşıma həcminin artırılması məqsədi ilə martın 30-dan etibarən Azərbaycan Dəmir Yollarına məxsus heyətlə hərəkət edən Bakı-Moskva-BakıBakı-Xarkov-Bakı sərnişin qatarlarında gediş haqqı tarifləri 35 faiz aşağı salınıb.

Martın 15-dən etibarən isə Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşıma həcminin artırılması məqsədi ilə Azərbaycan Dəmir Yollarına məxsus heyətlə hərəkət edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında Azərbaycan Dəmir Yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. Gürcüstan Dəmir Yolları ilə "Azərbaycan Dəmir Yolları" QSC arasındakı ikitərəfli razılığa əsasən, Gürcüstan ərazisində də gediş haqqı tarifləri aprelin 5-dən etibarən aşağı salınacaq.

Qeyd edək ki, martın 11-dən dəmir yolunda beynəlxalq sərnişin daşımalarında tariflər təxminən 35 faiz artıb. Bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar