Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Bankda nə baş verir?...- Natiq Cəfərli açıqladı


İqtisadçı ekspert: “Beynəlxalq Bankın rəhbərliyinə Şahmar Mövsümovun gətirilməsinin birinci səbəbi odur ki, Dövlət Neft Fondu Beynəlxalq Bankın ən böyük kreditorlarından biridir. İkinci səbəb də ondan ibarətdir ki, Beynəlxalq Bankın özəlləşdirilməsi üçün imicinin dəyişilməsinə ehtiyac var”


“Tək imic dəyişiklikləri ilə, Şahmar Mövsümov kimi peşəkar bir insanın idarəetməyə gətirilməsi ilə Beynəlxalq Bankı sağlamlaşdırmaq və beynəlxalq aləmdə bankı investorlar üçün cəlbedici hala gətirmək çətin olacaq”.

Bu sözləri Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli Beynəlxalq Bankın rəhbərliyində edilən dəyişikliyi PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Beynəlxalq Bankın Müşahidə Şurasının sədri seçilib. Xatırladaq ki, martın 14-də  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və ABB-nin İdarə Heyətinin (İH) sədri Xalid Əhədov Müşahidə Şurasının (MŞ) yeni üzvləri təyin olunublar.

Bəzi iddialara görə isə bankda hətta Xalid Əhədovun dövründə də qeyri-sağlam  idarəetmə olub və onun banka rəhbərlik etdiyi dönəmdə 3 milyard manat vəsaitin hara getmsi müəmmalıdır. Qalmaqallı bankda baş verən bu dəyişikliklər və Cahangir Hacıyevdən sonra da bankdan pulların yoxa çıxması nəylə əlaqədardır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.



Natiq Cəfərli: “2018-ci ilin sonu, 2019-cu ilin əvvəlində Beynəlxalq Bankın özələşdirilməsinin həyata keçirilməsi mümkünsüz olacaq”.


Beynəlxalq Bankın rəhbərliyinə Şahmar Mövsümovun gətirilməsinin iki səbəbinin olduğunu açıqlayan iqtisadçı ekspert Natiq Cəfərliyə görə bu səbəblərdən birincisi Beynəlxalq Bankın Neft Fonduna kifayət qədər borcu olmasıdır. İkincisi isə Neft Fondunun imici ölkədə və ölkə xaricində ən yüksək səviyyədə olduğundan idaəetmənin məhz həmin quruma verilməsidir:

“Əslində Beynəlxalq Bankla bağlı problemlər neçə ildir ki, öz həllini tapa bilmir. Bu da pis idarəçilikdən, vəsaitlərin düzgün idarə olunmamasından, korrupsiya əməllərindən və qeyri-şəffaflıqdan qaynaqlanan bir məsələdir. Beynəlxalq Bankın rəhbərliyinə Şahmar Mövsümovun gətirilməsinin birinci səbəbi odur ki, Dövlət Neft Fondu Beynəlxalq Bankın ən böyük kreditorlarından biridir. Beynəlxalq Bankın 1.1 milyard dollara yaxın Neft Fonduna borcu var və yaxın gələcəkdə Beynəlxalq Bankın özəlləşdirilməsi planı da var. İkinci səbəb də ondan ibarətdir ki, Beynəlxalq Bankın özəlləşdirilməsi üçün imicinin dəyişilməsinə ehtiyac var. Yəni Bankın beynəlxalq imici dəyişməli və müsbət aura yaranmalıdır ki, bank özəlləşdirilməyə çıxarılarkən xarici kapitalın marağı dairəsində olsun. 

Dövlət Neft Fondu dövlət şirkətləri və dövlət qurumları arasında, eyni zamanda xaricdə beynəlxalq imici ən yüksək olan qurumlardan biridir. Hətta bəlkə birincisidir. Bu günə qədər Neft Fonduna qarşı elə də ciddi korrupsiya iddiaları da səsləndirilməyib. Bu səbəbdən də Beynəlxalq Bankın Neft Fondunun idarəçiliyinə verilməsi imic dəyişikliklərinə xidmət edəcək. Əslində artıq ilk addımlar da atılır. Beynəlxalq Bankın Gürcüstanda və Rusiyada fəaliyyət göstərən şöbələri bağlanılır. Çünki həmin şöbələrdə əməliyyatların qeyri-şəffaf olması ilə bağlı ciddi şübhələr var. Beləliklə də Beynəlxalq Bankda sağlamlaşdırlma addımları atılacaq. 

Natiq Cəfərli: “Beynəlxalq Bankın Neft Fondunun idarəçiliyinə verilməsi imic dəyişikliklərinə xidmət edəcək”.


Mən düşünürəm ki, gələcəkdə Beynəlxalq Bankın özəlləşdirilməyə çıxarılması ilə bağlı ilkin addım kimi son addımları dəyərləndirmək olar. Amma tək imic dəyişiklikləri ilə, Şahmar Mövsümov kimi peşəkar bir insanın idarəetməyə gətirilməsi ilə Beynəlxalq Bankı sağlamlaşdırmaq və beynəlxalq aləmdə bankı investorlar üçün cəlbedici hala gətirmək çətin olacaq. Çünki ard-arda baş vermiş qalmaqallar, bundan əlavə də Beynəlxalq Bankın hələ də bitməyən məhkəmə işləri var. Çünki iki böyük kreditorlar hökümətin təklifi ilə razılaşmayıb və London məhkəməsinə müraciət ediblər. 

Həmçinin onu qeyd edim ki, Maliyyə naziri Samir Şərifov elan etmişdi ki, 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlində Beynəlxalq Bank özəlləşməyə hazır olacaq və satılacaq. Hesab edirəm ki, bu müddət ərzində özəlləşdirilmənin həyata keçirilməsi mümkünsüz olacaq. Hətta bank özəlləşdirilməyə qoyulsa belə, xarici maliyyə qurumlarının, xarici investorların banka maraq göstərməsi kifayət qədər problemli görünür. Buna görə də bir müddət keçməidir və Beynəlxalq Bank normal fəaliyyətini bərpa etməlidir, imicini yaxşılaşdırlmalıdır. Həmçinin bank gəlirlərlə işləməyə başlamalıdır ki, özəlləşdirilməyə açılarkən dünya investorları maraq göstərsin. Bu da dövlət büdcəsinə əlavə xeyir gətirsin. 

İndi baxaq görək yeni idarəetmə forması necə olacaq? Şəffaflıq artacaqmı, bankın verdiyi kreditlərin məntiqi və risk mencmenti yaxşılaşacaqmı? Bundan sonra yaxın zamanlarda bununla bağlı fikir söyləmək olar. 

Amma bir daha qeyd edim ki, atılan addımın iki səbəbi var. Birincisi Beynəlxalq Bankın Neft Fonduna kifayət qədər borcu olmasıdır. İkincisi isə Neft Fondunun imici ölkədə və ölkə xaricində ən yüksək səviyyədə olduğundan idaəetmənin məhz həmin quruma verilməsidir”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar