Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Bank ilin sonunadək balansından 300 mln. manatlıq toksik aktiv çıxaracaq


2017-ci ilin sentyabr ayının sonuna "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) kapitalı requlyativ tələblərə cavab vermir


"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin açıqlamasında deyilir.
 
"Fitch" ekspertləri bəyan edir ki, bankın mənfəəti (o cümlədən xarici öhdəliklərin restrukturizasiyası və toksik aktivlərin ötürülməsindən əldə olunan mənfəət) ikinci dərəcəli kapital hesab olunur. Bankın ilkin hesabatına əsasən, 2017-ci ilin sentyabrın sonuna "Fitch" birinci dərəcəli kapitalın adekvatlıq əmsalının 11% səviyyəsində olduğunu qeyd edir. Bununla yanaşı, mütəxəssislər hesab edir ki, cari ilin sonuncu rübündə toksik aktivlərin ötürülməsi nəticəsində mənfəətin korreksiyası bu göstəricinin 30%-dək artmasına səbəb olacaq.
 
"Fitch" iddia edir ki, ABB-nin kapitalı hələ də həssas olaraq qalır. Buna səbəb dövlət bankının 3,6 mlrd. manat məbləğində xarici valyutada hecləşdirilməmiş qısa mövqeyinin olmasıdır: "Bankın rəhbərliyi növbəti aylar ərzində valyuta mövqeyini bağlamaq niyyətindədir. Belə ki, rəhbərlik Maliyyə Nazirliyi ilə hecləşdirmə haqqında razılaşma əldə etmək və ya Mərkəzi Bankda yerləşdirilmiş manat depozitlərinin dollara konvertasiya olunmasını istəyir. Lakin bu tranzaksiyaların harada və hansı şəraitdə həyata keçirilməsi barədə qeyri-müəyyənlik mövcuddur".
 
Reytinq agentliyi bildirir ki, son 12 ay ərzində ABB-nin aktivlərinin keyfiyyəti xeyli yaxşılaşıb. Təbii ki, bunun səbəbi toksik aktivlərin ötürülməsidir. Sentyabrın sonuna bankın kredit portfeli 1,8 mlrd. manatadək azalıb ki, bu da ümumi aktivlərin 24%-inə bərabərdir. "Fitch" bildirir ki, dördüncü rübdə ABB ümumi dəyəri 300 mln. manat olan toksik aktivi "Aqrarkredit" QSC-yə ötürəcək.
 
Hazırda dövlət bankı Mərkəzi Bankda 2,9 mlrd. manat həcmində depozit yerləşdirib ki, bu da ümumi aktivlərin 38%-inə bərabərdir. Ümumi aktivlərin 21%-i və ya 1,6 mlrd. manat isə yüksək rentabelliyə malik olan xarici bankların hesablarında yerləşdirilib.

"ABB-nin likvidliyi güclənib ki, bu da bank üçün əlavə "təhlükəsizlik yastığı" deməkdir", - deyə.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar