Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyləqanda Çərkəz Şirinov özbaşınalığı - Şikayət


Təsərrüfat direktoru vətəndaşın torpaq sahəsini zəbt edib, şikayətlər nəticəsiz qalır


Bir il bundan öncə Beyləqan rayonunda  "Dostluq" Damazliq Savxozu ilə "Xətai" adına sovxozun birləşdirilərək, Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC yaradılıb. Buna baxmayaraq adıçəkilən qurumda hələ də ciddi problemlər mövcuddur. 

Sovxoz birləşdiriləndən sonra müəsissənin rəhbərliyinə gətirilən “Xətai” adına sovxozun keçmiş direktoru Çərkəz Şirinovla “Dostluq” adına sovxozun keçmiş rəhbərliyi arasında narazılıqlar yaranıb və sonda ikinci tərəf bütün iddialarından geri çəkilməyə məcbur edilib. Ancaq birləşmiş sovxozların direktoru təyin edilən Çərkəz Şirinov bir ildə dövlət torpaqlarından əldə etdiyi milyonlar sayəsində böyük bir oliqarxa çevirilib.

Beyləqan rayon sakini Əsədov Şahin Qəhrəman oğlu  AzFakt.com-a göndərdiyi şikayət məktubunda bildirir ki, Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin direktoru Çərkəz Şirinov qanunları saymır və qurumu özünün şəxsi obyekti kimi istifadə edir. 

“Dostluq” Damazlıq Təsərrüfatı birləşməmişdən öncə - 2014-cü ildə keçmiş direktor Natiq Mirzəyevin razılığı ilə 5 illik 20 ha torpaq sahəsini icarəyə götürdüm. Həmin torpaq sahəsilə həmin il Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə “Parabank” ASC-dən 14 (on dörd) min manat kredit götürərək sahinkar kimi fəaliyyətə başladım" deyə şikayətçi bildirir. 

Sahibkar kimi fəaliyyət göstərən Şahin Əsədov 2014-2015 ci illər ərzində 20 ha torpaq sahəsində yonca əkib. 2016-ci ildə məhsulun biçilməsinə 2 ay qalmış - aprel ayında “Dostluq” savxozu “Xətai” sovxozu ilə birləşdirilərək Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC yaradılır və rəhbərliyinə  Çərkəz Şirinov təyin edilir: 

"Çərkəz Şirinov direktor təyin edildikdən təxminən 2 ay sonra mənimlə görüşərək torpaq müqaviləsində göstərilən icarə haqqını ödəməyimi tələb etdi. Bildirdi ki, müqavilədə göstərilən yonca kipini sovxozun anbarına gətirib təhvil verim". 

Direktorun bu istəyini yerinə yetirən sahibkar 2016-ci ildə sovxozun anbarına 5300 ədəd yonca kipi təhvil verib. Bundan bir müddət sonra isə Çərkəz Şirnovla Şahin Əsədov arasında problem yaranıb. Problemin səbəbi isə Şahin Əsədovun müqavildə göstərdiyi icarə haqqını - 5300 yonca kipini təhvil verilməsi üçün sənəd tələb etməsi olub. Sahibkarın haqlı yerə çek tələb etməsi isə Çərkəz Şirinovu qəzəbləndirib və bundan sonra Şahin Əsədova qarşı qərəz nümayiş etdirməyə başlayıb. Aralarında yaşanan kiçik problem 2017-ci ildə pik həddə çatıb. Belə ki, “burda mənəm Bağdada kor xəlifə” prinsipi ilə hərəkət edən Çərkəz Şirinov Şahin Əsədova məxsus torpaq sahəsini zəbt edərək sahibkarın zəhmətlə becərdiyi yonca sahələrini biçməyə başlayıb. Sahibkar qeyd edir ki, bu il yonca kipinin qiymətinin 5 dəfə qalxması Çərkəz Şirinovu şirnikləndirib və direktor qanunları ayaq altına alaraq pul qazanmaq qərarı verib. 

Şahin Əsədov bildirir ki, dəfələrlə ona məxsus, icarə müddəti hələ 2019-cu ildə bitəcək torpaq sahəsinə yaxınlaşmaq istəsə də, bu mümkün olmayıb. Çünki ərazini Çərkəz Şirinovun “muzdlu” polisləri və yaxın qohumları mühafizə edirlər: "Hətta bir neçə dəfə “muzdlu” polislər məni həbs etmək istəyiblər, lakin son anda canımı quratara bilmişəm. Çərkəz Şirinov artıq 3 biçin yoncanı biçib və  ümumilikdə 20-22 min arası yonca bağlaması əldə edib ki, buda indiki qiymətlə 40-45 min manat deməkdir. Çərkəz Şirinovun özbaşınalığı səbəbindən Sahibkarlığa Kömək Milli Fondundan götürdüyüm krediti qaytara bilmədiyim üçün "Parabank" ASC məni məhkməyə verib və evim əlimdən çıxmaq üzrədir. Hətta Çərkəz Şirinov məni şantaj edərək evimi şəxsən özünün alacağı ilədə hədələyir. Lakin onun heç bir şantajı və hədəsi məni yolumdan döndərəsi deyil". 
 
Sahibkarın Çərkəz Şirinovun qanunsuz əməlləri barədə dəfələrlə müxtəlif aidiyyatı qurumlara müraciətlər etməsinə baxmayaraq, hələ ki heç bir nəticəsi yoxdur. MMC rəhbəri ona açıq şəkildə deyib ki, "hara şikayət edirsən et, heç bir nəticəsi olmayacaq, çünki mən il boyu yuxarılara yarım milyon manat pul yedizdirirəm”. Hətta heç kəsdən qorxmayan Çərkəz Şirinov və yaxın ətrafı sahibkarı ölümlə hədələyərək, çox səs-küy salmaması barədə  xəbərdarlıq ediblər.  

Sahibkar Çərkəz Şirinovun qanunsuz, özbaşına hərəkətlərinə görə yaxın günlərdə ölkə prezidenti İham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəyini qeyd edib.

Qarşı tərəfin münasibətini verməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar