Beyləqanda yanğın hadisəsi qeydə alınıb
PİA.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonunun Bolsulu kəndində “Klass” markalı kombaynın mühərrikinin yanar hissələri və 2 ha biçilmiş taxıl sahəsi yanıb.
Kombaynın qalan hissəsi və digər sahələr yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
pia.az