Beyləqan rayonunda yanğın olub
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 300 m2 olan birmərtəbəli binanın 1 otağında 2 m2 sahədə arakəsmə və 2 ədəd məişət avadanlığı yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Oxşar hadisə Şəmkir rayonunda da baş verib. Həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
pia.az