Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyin xərçəngini müalicə edən virus aşkarlanıb


Böyük Britaniya alimləri insanın immun sisteminə təsir edərək ona xərçəng hüceyrələrini məhv etməyə kömək edən xüsusi virus kəşf ediblər


Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin məlumatına görə, insan üçün zərərsiz reovirus hematoensefalik baryerdən (mərkəzi sinir sisteminin əsas "qoruyucusu") keçərək baş-beyin şişlərinə düşə və immuniteti onkologiya ilə təbii yolla mübarizəyə "sövq edə" bilir.

Məlumata görə, bu yaxınlarda aparılan tədqiqatda baş-beyin xərçənginin aqressiv formalarından əziyyət çəkən xəstələr iştirak edib. Xəstələr üçün əməliyyat nümayiş olunduqdan sonra onların eksperimental müalicədə razılığı alınıb. Əməliyyata bir neçə gün qalmış xəstələrə sonradan bütün məhv edilmiş hüceyrələrdə aşkarlanan və şişlərin ölçüsünü kiçildən venadaxili reovirus vurulub.

Tədqiqat müəllifi Adil Samson bildirib ki, bu, virusun beyinin hematoensefalik baryerindən keçmək qabiliyyətini sübut edən və immunoterapiya üçün imkan açan ilk hadisədir. "Bu, baş-beyin xərçənginin aqressiv formalarından əziyyət çəkən xəstələrə xəstəliklə mübarizəyə kömək edəcək. Yeni virus xərçəng hüceyrələrini orqanizmin immuniteti üçün "nəzərəçarpacaq" etdiyinə görə onu stimullaşdıra bilir.

Hazırda Britaniyada texnologiyanın klinik sınaqları davam etdirilir. Həkimlər ümid edir ki, yeni reovirus şüa və ya kimyaterapiyanı əvəz edə bilməsə də, orqanizm üçün onkologiya ilə mübarizədə faydalı olmayan prosedurların sayını və sıxlığını xeyli azaldacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar