Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbs olunmuş üzvlərinin məhkəmə prosesi keçirilir.
Məhkəmənin sağ və sol hissəsində polis postları qurulub. Əraziyə çoxlu sayda gənc gəlib.
Proses başlayana yaxın səs-küy düşüb. Polislər səs-küy salan 5-6 gənci tutub. Məlumatlara görə, saxlanılanlar içərisində Bəxtiyar Hacıyev də var (Teleqraf.com)