Müğənni-bəstəkar Murad Arif Miri Yusifin “Qiymətlim” mahnısını tənqid edib
Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla”da onun ifasını “Əmrahsayağı” adlandırıb:
“Azərbaycan müğənniləri üçün Miri Yusifi tərifləmək prestijdir. Onlar Mirini bəyənərək müasir görünmək istəyirlər. Mənim belə bir kompleksim yoxdur. Mirini belə görməmişəm. Onun mahnısında “Əmrahsayağı” boğazlar gördüm. Bu havalar gəldi ondan. Heç gərək bu mahnını çıxartmayaydı”.
pia.az